Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Bakı, 13 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində 2016-cı ilin 9 ayında görülən işlərin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. İclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin, sosial xidmət müəssisələrinin məsul şəxsləri iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq bu hesabat iclasının əlamətdar hadisə - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ərəfəsində keçirildiyini bildirib: “Ötən 25 ildə xalqımız ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti və onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində öz milli dövlətçiliyinin qurulması və möhkəmləndirilməsini uğurla təmin edib. Bu dövr Azərbaycanın sürətli iqtisadi tərəqqisinə, ölkədə sosial rifahın yaxşılaşdırılmasına, milli-mənəvi dəyərlərin qorunması və inkişafına, ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal mövqeyə sahib olmasına xidmət edən tarixi nailiyyətlərlə zəngin bir inkişaf mərhələsi, tariximizin şanlı səhifəsidir”.

S.Müslümov ötən 25 ildə Azərbaycanın əldə etdiyi uğurlardan, habelə sosial sahədə qazanılan nailiyyətlərdən söz açıb, dünya iqtisadiyyatı üçün çox ağır olan 2016-cı ildə də ölkəmizdə inkişaf dinamikasının davam etdiyini bildirib: “Cari ilin 9 ayında respublikada qeyri-neft sektorunun 3,6 faiz artması, 121 mini daimi olan 154 min yeni iş yerinin açılması, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinə görə daha da irəliləyərək 37-ci yerə layiq görülməsi, eyni zamanda əhalinin gəlirlərində, orta aylıq əmək haqqında və s. növbəti artımın özünü göstərməsi bunun real təsdiqidir”.

Ölkədə sosial proqramların da uğurla icra olunduğunu vurğulayan nazir Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının icrası işlərinin davamı kimi, respublikanın bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün müasir tələblərə uyğun mənzillərin inşa olunaraq istifadəyə verildiyini qeyd edib: “2016-cı ilin 9 ayı ərzində nazirlik tərəfindən 241 ədəd (o cümlədən 118 ədəd mənzil, 123 ədəd fərdi ev) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub”.

S.Müslümov eyni zamanda əmək pensiyaçılarının və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi işlərinin uğurla davam etdirildiyini diqqətə çatdırıb: “Hesabat dövründə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 181,86 mln. manat və ya 8,32 faiz artaraq 2367,1 mln. manata yüksəlib. Ölkədəki iqtisadi inkişafın əyani təsdiqi kimi qeyri-büdcə sektoru üzrə sosial sığorta daxilolmalarındakı artım tendensiyası cari ilin 9 ayında da davam edib. Bu dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz və ya 75,65 mln. manat artaraq 1380,3 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 63,8 faizini və ya 881,3 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz və ya 33,37 mln. manat çoxdur”.

Fərdi uçot sistemindən bəhs edən S.Müslümov diqqətə çatdırıb ki, sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 2016-cı ilin 1 oktyabr tarixinə cari ilin əvvəlinə nisbətən 136524 min nəfər artaraq 3 milyon 316 min nəfərə, o cümlədən sistemdə uçotda olan əcnəbi vətəndaşların sayı 33110 nəfərə çatıb: “Cari ilin yanvar-sentyabr aylarında Fondun xərcləri 2370,43 mln. manat olub ki, bunun da 2327,07 mln. manatı və yaxud 98,17 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2261,0 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin məbləği isə 66,07 mln. manat təşkil edib”.

Nazir Fondun daxilolmalarının artım səviyyəsinin hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verdiyini, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2016-cı ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə artım tətbiq olunduğunu qeyd edib: “Həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı ilin fevralın 1-dən 10 faiz artırılaraq 110 manata çatdırılıb və həmin Sərəncam 1 milyon 223 min pensiyaçıya şamil olunub. Əmək pensiyaçıları sırasından güzəştli kateqoriyaya aid olan şəxslərin əmək pensiyalarının baza hissəsinə 10 manatdan yuxarı, yəni 11 manatdan 25 manata qədər artım tətbiq edilib. Ümumilikdə respublikada əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190,1 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 211,07 manata çatıb”.

S.Müslümov bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı 2016-cı il oktyabrın 1-dək 1 milyon 312 min nəfər təşkil edib. 2016-cı ilin doqquz ayı ərzində ölkə əhalisinin 4,7 faizinə və ya 458 838 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilib. Bundan əlavə, 57389 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin olunub. Dövlət başçımızın müvafiq Sərəncamları ilə cari ildə də həmin müavinət və təqaüdlərin məbləği artırılıb, ümumilikdə sosial müavinət və təqaüdlərin orta aylıq məbləğində 2016-cı ilin əvvəlinə nisbətən 9,6 faiz artım qeydə alınıb: “Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2016-cı il 11 oktyabr tarixli Fərmanla Azərbaycanın Milli Qəhrəmanları və ya onların ailə üzvləri üçün Azərbaycan Prezidentinin aylıq təqaüdünün məbləği də növbəti dəfə artırılıb. 2005-ci ilin avqustun 1-dən təyin olunan bu təqaüdlərin məbləği ötən dövrdə 2,2 dəfə artırılaraq 1300 manata çatdırılıb. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” 11 oktyabr 2016-cı il tarixli Fərmanla respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslər üçün Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği 30 faiz artırılaraq 1300 manata çatdırılıb”.

Nazir ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış şəraitdə tətbiqinə imkan verən Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) fəaliyyətə başlamasını hesabat dövrünün mühüm uğurlarından biri kimi qeyd edib. O bildirib ki, bu, əmək və sosial müdafiə sistemində elektron texnologiyaların tətbiqi və bununla da əhaliyə xidmətlərdə şəffaflığın təminatı sahəsində son illərdə aparılan ciddi islahatların davamıdır. S.Müslümov müasir texnologiyalardan istifadə edilməklə əhaliyə xidmətlərin elektron müstəvidə təşkili işlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyini vurğulayıb.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Fondun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsində 120 nəfər bu kateqoriyadan olan şəxs yaşayır. Həmçinin nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzində hesabat dövründə 222 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşə kurslarına cəlb olunub və hazırda 86 nəfər mərkəzdə kurs keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”na əsasən Fondun yerli orqanlarının 1237 nəfər sosial işçisi tərəfindən 11855 nəfər tənha ahıl və əlil şəxsə evlərində sosial məişət xidməti göstərilir. Həmçinin cari ilin 9 ayı ərzində 3876 nəfər imtiyazlı şəxs sanator-kurort yollayışı, 1015 nəfər imtiyazlı şəxs istirahət mərkəzlərinə yollayışla təmin olunub.

Z.Babayev insan alveri qurbanlarının sosial müdafiəsi sahəsində görülən işlər, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi üçün nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr barədə də məlumat verilib.

2016-cı ilin 9 ayında əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin yekunları ətraflı müzakirə olunub. Müsbət nəticələrlə bərabər, yol verilmiş ayrı-ayrı nöqsanlara da toxunulub, fəaliyyətini düzgün qura bilməyən, işində nöqsan və çatışmazlıqlar aşkar edilən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq VİDEO

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb