REGİONLAR


Əhməd Obalı: 30 milyon cənubi azərbaycanlının ən sadə hüquqları tapdalanmaqdadır VİDEO

Əhməd Obalı: 30 milyon cənubi azərbaycanlının ən sadə hüquqları tapdalanmaqdadır VİDEO

Cəbrayıl, 4 dekabr, AZƏRTAC

Təsəvvür etmək çox çətindir. Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir o tərəfə keçə bilmirəm. Amma zaman yaxınlaşır. Bu körpü – Xudafərin körpüsü bir xalqı bir-birindən ayırmaq üçün deyil, birləşdirmək üçün inşa edilib. Uzun müddət “həsrət körpüsü” adı alsa da, indi birləşdirmək körpüsünə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Güney Azərbaycanın milli fəalı, “GünazTV”-nin rəhbəri Əhməd Obalı Cəbrayılda Xudafərin körpüsünün yanında jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Milli fəal qeyd edib ki, bu gün 30 milyon cənubi azərbaycanlının ən sadə hüquqları tapdalanmaqdadır. “1925-ci ildə Pəhləvilər hakimiyyətə gəldikdən sonra xalqımızın ən ibtidai hüquqları tapdalanır, ona qarşı assimilyasiya siyasəti gedirdi. Qırx iki il bundan əvvəl İranda İslam Cümhuriyyəti hakimiyyətə gələndə düşündük ki, artıq İslam gəlir, din hakimiyyəti gəlir, biz də o biri millətlərlə bərabər hüquqa sahib olacağıq. Lakin onların dini də yalan çıxdı. İslam cümhuriyyəti qurulandan sonra bizə qarşı zülm daha da artdı. Arazın bu tayı – ermənilərin tərəfindən işğal olunaraq vandalizmə qalan torpaqlar azad edildi. İndi Arazın o tayının – bizim tərəfin azadlığının vaxtı gəlib çatıb”, - deyə Ə.Obalı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.