ELM VƏ TƏHSİL


Ahmet Şerif İzgören “Yeni çağırışlar”da

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 16-sı saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramın budəfəki qonağı Türkiyənin ən tanınmış yazıçılarından biri, İzgören Akademiyasının qurucusu Ahmet Şerif İzgören olacaq. Ahmet Şerif İzgören ilə davamlı inkişaf və öyrənmə barəsində danışılacaq.

Ahmet Şerif İzgörən ABŞ, İngiltərə, Danimarka, Avstraliya, Almaniya, Fransa, Azərbaycan və digər ölkələr olmaq üzrə 4000-dən çox təlim və seminar təşkil edib, 30-dan çox kitabın müəllifidir. Hazırda İzgören Akademiyası, “Elma” nəşriyyatı olmaq üzrə bir sıra brendləri idarə edir.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə davam edən proqram nazirliyin feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.