CƏMİYYƏT


Ailə qurmazdan və uşaq planlaşdırılmasından əvvəl virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur VİDEO

Bakı, 26 iyul, AZƏRTAC

Bu günə qədər ölkəmizdə koronavirusa qarşı 4 milyon 500 min dozadan çox vaksin vurulub və heç bir ciddi əks təsir müşahidə olunmayıb.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

“Yeni ailə quranlardan vaksinasiya ilə bağlı çoxlu suallar ünvanlanır. Dünya praktikasında hər zaman ailə qurmazdan və uşaq planlaşdırılmasından əvvəl ümumi olaraq virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur. Çünki sonra hamiləlik dönəmində qadının məxmərək, suçiçəyi, qızılca kimi virus infeksiyalarına yoluxması dölün inkişafında çətinliklər yaradır. Ona görə də bunları öncədən düşünüb nəzərə almaq tibbi tərəfdən daha doğrudur”, - deyə Y.Qarayeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.