MƏDƏNİYYƏT
Akademik Musiqili Teatrda Yeni il şənliyi olacaq
Bakı, 25 noyabr, AZƏRTAC
Dekabrın 27-dən yanvarın 4-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gündə dörd seans olmaqla (saat 10:30, 12:30, 14:30 və 16:30-da), maraqlı və macəra dolu Yeni il şənliyi nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcək.
Hədiyyəli biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.
Kollektiv sifarişlər qəbul olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
- 04.05.2024 [11:17]