Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Validə Tutayuq təbiət vurğunu idi

Akademik Validə Tutayuq təbiət vurğunu idi

Qədim Azərbaycan dünya elminə görkəmli alimlər bəxş etmişdir. Onlardan biri də Azərbaycanın ilk qadın akademiki Validə Tutayuqdur.

Validə Xaspolad qızı Tutayuq 1914-cü il sentyabrın 23-də Qarabağın dilbər guşəsi Şuşada anadan olmuşdur. O, 1930-cu ildə Şuşa şəhər 9 illik orta məktəbini bitirərək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun bağçılıq və bostançılıq fakültəsinə daxil olur.

1932-ci ildə həmin institutun bağçılıq kafedrasına preparator vəzifəsinə qəbul edilən V.Tutayuq bu vaxtdan etibarən institutda axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır.

Validə Tutayuqun atası Xaspolad Tutayuq təhsilini Peterburqda Meşə Akademiyasında almışdır. Akademiyanı əla qiymətlərlə bitirdikdən sonra Qarabağ meşələrinə meşəbəyi təyin edilmişdir. Xaspolad bəyin Azərbaycana üz tutmasının iki səbəbi var idi. Əvvəla, o, Peterburqa oxumağa gedərkən anası vəfat etmiş, atası yenidən evlənmişdi. Buna görə o, vətəninə - atasının yanına qayıtmamışdı. İkinci səbəb Peterburqda dahi bəstəkar Üzeyir bəylə dostluq edən zaman Üzeyir bəyin Qarabağın füsunkar təbiəti və meşələri haqqında söhbətləri və onu təkidlə Azərbaycana dəvət etməsi olmuşdu.

Şuşada təyinatla meşəbəyi işləyən Xaspolad bəy uzun müddət ailə qurmamışdır. İllər keçdikdən sonra nəhayət, o zaman Şuşada Qızlar Gimnaziyasında müəllimə işləyən, dövrünün ən savadlı və rus dilini mükəmməl bilən Südabə adlı xanımla tanış olmuş, ailə qurmuşdur. Bu ailədən pərvazlanan Xaspolad bəyin oğlu Murad Tutayuq çox savadlı fizika-riyaziyyat müəllimi idi. Murad müəllimin sevimli tələbələri - Həsən Əliyev, Həsən Abdullayev kimi görkəmli alimlər, Heydər Əliyev kimi dahi siyasətçilər nəslinin yetişməsində böyük əməyi olmuşdur. Ulu öndərimiz Heydər Əliyev xatirələrində qeyd edirdi ki, Murad müəllim mənim ən sevimli müəllimim olmuşdur. O, mənimlə dərsdən əlavə də məşğul olurdu. O, sözün əsl mənasında pedaqoq idi və öz işini çox sevirdi.

Gəncədə dəmiryolçu ailəsində doğulan professor A.A.Yatsenko-Xmelevski, akademik V.P.Jukovski, A.A.Feodorov, A.Q.Doluxanov və s. görkəmli rus alimləri şəxsi xatirələrində qeyd edirdilər ki, Gəncədə yerləşən Kənd Təsərrüfatı İnstitutunun botanika kafedrası bizim və SSRİ-nin görkəmli botaniklərinin doğma evinə çevrilmişdi. Biz Talış, Böyük və Kiçik Qafqaz dağlarında botaniki ekspedisiyalardan sonra həmin kafedrada herbarilərin təyin edilməsi, elmi məsləhətlərin alınması, yerli şəraitin geomorfoloji xüsusiyyətlərinin öyrənilməsini həyata keçirirdik. Bəzən bu ekspedisiyalara azərbaycanlı tələbələr də cəlb edilirdi. Belə tələbələrdən biri də öz çevikliyi və savadı ilə diqqəti cəlb edən hamımızın sevimlisi Validə idi. Herbarilərin hazırlanmasında, təyin olunmasında və elmi diskussiyalarda o, yaxından iştirak edirdi. Rus dilini çox mükəmməl bilirdi. Ekspedisiyaların çoxunda bizimlə iştirak edirdi.

Akademik Validə xanım Tutayuq xatirələrində qeyd edirdi ki, mənim bir alim kimi formalaşmağımda görkəmli rus alimləri ilə birlikdə çöl ekspedisiyalarında iştirak etməyimin mühüm rolu olmuşdur. Validə Tutayuq hələ tələbə ikən professor S.V.Krainski onu özünün bütün tədqiqatlarına və ekspedisiyalarına cəlb edirdi. Yerli meyvə sortlarının tədqiq edilməsi məqsədilə Cənubi Qafqaz bölgəsində aparılan ekspedisiya xüsusilə maraqlı və məhsuldar oldu. Burada Validə xanım ekspedisiyaya rəhbər təyin olundu. Onun başçılıq etdiyi ekspedisiyaya müxtəlif yaşayış məntəqələrinin meyvə bağlarını sərbəst tədqiq etmək tapşırığı verilmişdi.

Professor S.Krainski onu qozmeyvəlilər üzrə toplanmış materialın tədqiqi işinə cəlb etmişdi və onlar ikilikdə 100-ə qədər yunan qozu və fındıq bitkisinin botaniki təsvirini vermişdilər. Bu, Validə Tutayuqun ilk elmi işi idi.

Bu dövrlərdə artıq Moskva, Leninqrad kimi şəhərlərin təhsil ocaqlarında Azərbaycanın milli kadrları yetişirdi. Validə Tutayuqun fenomenal qabiliyyətini görən akademik P.Jukovski gənc tədqiqatçı kimi ona çoxləçəkli çiçəyi olan bitkilərlə, xüsusilə onun ən maraqlı növü - çoxləçəkli çiçəklə məşğul olmağı təklif etdi. Çoxləçəkli təbiətin nadir yetirməsi olmaqla özündə təkraredilməz gözəllik təcəssüm etdirdiyindən bəzək bağçılığında belə bitki yüksək qiymətləndirilir.

V.Tutayuqun namizədlik dissertasiyası “Şəbbügülündə çoxləçəkliliyin təbiəti” adlanırdı. O, bu iş üzərində birinci dəfə kiçik ixtira edir. Şəbbügülün xaricdən steril çoxləçəkli çiçəklərində ləçəyin içərisində tozcuqla birlikdə toz kisəciyi də inkişaf edir. Şəbbügülündə çoxləçəklilik nişanəsi ilə müəyyən faiz çoxləçəkli nüsxələri adi çiçəyə malik toxumları vasitəsilə nəslə keçir.

K.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında aspiranturanı bitirdikdən sonra V.Tutayuq Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qayıdır və 1939-cu ildən botanika kafedrasına başçılıq edir. Eyni zamanda, SSRİ-nin müxtəlif zonalarında örtülütoxumlu bitkilərin nümunələrində çoxləçəkli çiçəklərin tədqiqatını davam etdirir. Çoxləçəkli çiçəklərin öyrənilməsinə aid bütün materiallar doktorluq dissertasiyasında yekunlaşdırılır. “Çoxləçəkli örtülütoxumluların embriologiyası” adlı dissertasiya işini 1949-cu il mayın 11-də Leninqradda (Sankt-Peterburq), SSRİ Elmlər Akademiyası V.Komarov adına Botanika İnstitutunun elmi şurasında müdafiə edir. V.Tutayuq 35 yaşında biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı qadın olmuşdur.

Özünəməxsus tədqiqat üsulu və yaratdığı elmi əsərlər onu SSRİ-də və xarici ölkələrdə məşhurlaşdırır. V.Tutayuq 1959-cu ilin avqustunda botaniklərin Kanadada (Monreal) keçirilən Beynəlxalq konqresində çoxləçəkli çiçəklərin çoxillik tədqiqatının nəticələrinə dair məruzə ilə ingilis dilində çıxış edir.

Bu konqresdəki məruzəsi və “Çoxləçəkli çiçəklərin quruluşu” monoqrafiyasının dərc edilməsi müəllifi və onun tədqiqatlarını nəinki SSRİ-nin müttəfiq respublikalarında, hətta bir sıra xarici ölkələrdə də tanıtdırdı. Monoqrafiyaya dair onun ünvanına genetik Stebbins (Kaliforniya Universiteti, Berkli), Conson (Kaliforniya Universiteti, Los-Anceles), anatom Katerin Ezau (Harvard Universiteti Biologiya İnstitutunun direktoru), Marri Teylor (Vaşinqton), Londondakı Britaniya təbiət muzeyindən professor C.Dandi, Yerusəlim Universitetindən professor Faan, professor Mostovoy (Çexoslovakiya), görkəmli alim Qyude Mişel (Fransa) və başqa tanınmış alimlərdən rəylər gəlirdi. Bu, azərbaycanlı alimin artıq dünya botanikləri tərəfindən daha çox tanınmasına səbəb olur.

Validə xanımın Azərbaycanda milli kadrların yetişməsində böyük əməyi olmuşdur. Çox maraqlı bir epizodu yada salmaq istərdik. Validə xanım Leninqraddakı elmi konfransların birində Tofiq Məmmədov adlı bir gəncin elmi məruzəsinə qulaq asır. Konfransdan sonra Tofiq Məmmədov ona yaxınlaşır və Leninqradda uşaq evində böyüdüyünü, valideynlərinin müharibədə blokadada öldüyünü və onların Tovuz rayonundan olduğunu söyləyir. Leninqrad Meşə Akademiyasını bitirən Tofiq Məmmədov Validə xanımın dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda özünün təşəbbüsü ilə yaradılan meşəçilik fakültəsində işə başlayır. Validə xanımın köməyi ilə Vətəninə gələn və qohumlarına qovuşan Tofiq müəllim ona həmişə minnətdar olduğunu söyləyirdi.

Validə xanımın yetirdiyi tələbələri nəinki botanika kafedrasının formalaşmasına, həmçinin Azərbaycanda botanika elminin inkişafına töhfələr verirdilər. 1957-ci ildə V.Tutayuq Azərbaycan EA-nın Botanika İnstitutuna direktor təyin olunur. Bu dövrdə onlarca azərbaycanlı gənc Leninqrad və Moskva şəhərinə - Botanika və Fiziologiya İnstitutuna müxtəlif ixtisaslar üzrə aspiranturaya göndərilmişdir.

V.Tutayuqun rəhbərliyi altında Azərbaycan Dövlət Aqrar Universitetinin botanika kafedrasında Kiçik Qafqazın və qərb rayonlarının otlaq sahələrinin, Naxçıvan MR-in otlaqlarının geniş geobotanika tədqiqatı aparılmış və onların yaxşılaşdırılmasına dair təkliflər hazırlanmışdır.

Qarabağı və əsasən doğma Şuşanı hədsiz dərəcədə sevən Validə xanım orada bitki aləminin öyrənilməsi üçün böyük elmi ekspedisiya təşkil etmiş, Qarabağın nadir və endem bitkiləri toplanaraq çoxlu elmi məqalələr yazılmış, 100 minə yaxın herbari toplanmışdır. İndi həmin herbari Azərbaycan Dövlət Aqrar Universitetinin biologiya kafedrasının herbari fondunun əsasını təşkil edir. Elmi su¬rətdə təyin edilmiş bu herbarilər əsasən Kəlbəcər-Laçın ərazisindən toplanmışdır. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ ekspedisiyasına 100 nəfər alim və tələbə cəlb edilmişdi. Düşərgədə çadırlar qurulmuşdu. Bitkilər toplanır, elmi təyinat aparılırdı. Biz nə qədər yuxudan tez dururduqsa, görürdük ki, Validə xanım atı minərək dağlara qalxır, tədqiqatla məşğul olurdu.

Şuşanın Cıdır düzünün “Xarı bülbül” bitkisinin bioekoloji xüsusiyyətləri ilk dəfə olaraq Tutayuq tərəfindən öyrənilərək elmi məqalə formasında çap edilmişdir. Bundan sonra bütün dünya botanikləri bu nadir bitkinin məhz Şuşa endemi olduğunu qəbul etmişlər.

Akademik V.Tutayuq Azərbaycanda ilk dəfə olaraq bitki anatomiyası və mor¬fo¬logiyası, sitologiyası və filogeniyası sahəsində elmi işlər aparmış, Azərbaycanın milli bitki anatomiyası məktəbini yaratmışdır.

O, Azərbaycan dilində ilk “Bitki anatomiyası və mor¬fologiyası” (1958, 1967, 1979) dərsliklərini yazmışdır. Sonralar bu dərslik rus dilinə (1972,1980), gürcü dilinə (1984) və başqa dillərə tərcümə edilmişdir.

Akademikin rəhbərliyi altında Ü.Ağamirov, G.Ağayev, İ.Qədirov, S.Qədimova, L.Sadıqova, L.Turçaninova, C.Bağırov, B.Mehtiyeva, B.Əliyev, Y.Allahverdiyev, Z.Hümbətov, Z.İsmayılova və digər alimlər müxtəlif iqlim torpaq şəraitində bitən ağac, kol, bəzək, meşə yem bitkilərinin morfo-anatomik və ekoloji xüsusiyyətləri, ağac, kol bitkilərinin assimilyasiya etməyən orqanlarındakı yaşıl plastidlərin təbiəti, talış meşələrinin üçüncü dövrü nümayəndələrinin morfo-anatomik morfoloji xüsusiyyətlərinin öyrənilməsi, örtülü toxumluların mənşəyi və onların qədim qrupları, çiçəyin teretologiyası, talışın ağac reliktləri və s. kimi əsərlərlə botanikanın bu sahəsinə töhfələr vermişlər.

Validə xanımın tələbələrə dediyi hər bir mühazirəsi onlar üçün bayrama çevrilirdi. Onun aydın diksiyası, səs tonunun ahəngi, təqdim olunan mövzunun tələbələrə elmi dəlillər və həyati misallarla çatdırılması mühazirəni sanki nağıllar aləminə çevirirdi. Onun mühazirəsini dinləyən tələbələri indi də mövzuları yaddan çıxara bilmir, universitetimizdə Validə xanımın yaratdığı biologiya kafedrasında bu ənənəni davam etdirirlər. Onun aspirantları və kafedranın digər müəllimləri tələbələrlə bərabər mütəmadi olaraq Validə xanımın mühazirələrində iştirak edirdi. Validə xanım özünü çox xoşbəxt sayırdı, həmişə deyirdi ki, onun məktəbini davam etdirən belə tələbələri vardır. Zaur Hümbətov, Bəhman Əliyev, Svetlana Qədimova, Zemfira İsmayılova və s.

Elə bir an olmur ki, biz kafedrada onun xatirəsini yad etməyək, onun elmə verdiyi töhfələri sadalamayaq. Apardığımız hər bir elmi tədqiqat işinin mövzusunu xəyalən sanki onunla razılaşdırırıq. Çünki biz elmi iş üzərində çalışmaq təcrübəsini və pedaqoji tərbiyəni məhz Validə xanımdan almışıq. Biz onun tələbəsi olmağımızdan həmişə qürur duymuşuq.

Yaxşı yadımdadır, 2006-cı ildə Sankt-Peterbuqda Botanika İnstitutunda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edirdim. Çıxışdan sonra bir qrup alim mənə yaxınlaşaraq soruşdular ki, siz həqiqətən akademik Validə Tutayuqun tələbəsisiniz! Mən çox qürurla onun tələbəsi olduğumu dedim. Sonra onun elmi araşdırmaları və kitabları barədə diskussiya başladı. Hətta görkəmli alim professor S.Çerepanov dedi ki, ona Validə Tutayuqla görüşüb söhbət etmək nəsib olub. Belə hallar iştirak etdiyim əksər beynəlxalq elmi məclislərdə də olurdu.

Moskvada Rusiya Elmlər Akademiyasının Baş Nəbatat İnstitutunda dissertasiya müdafiə edirdim. Rusiya Elmlər Akademiyasının akademiki V.Tixomirov mənimlə görüşərkən çox fərəhlə qeyd etdi ki, Tutayuq məktəbi yaşayır və davam edir.

Azərbaycan elminin inkişafında, yüksək ixtisaslı kənd təsərrüfatı kadrlarının, habelə elmi-pedaqoji kadrların hazırlanmasında yüksək xidmətlərinə görə akademik V.Tutayuqa Əməkdar Elm Xadimi fəxri adı verilmiş, bir sıra orden və medallarla təltif olunmuşdur.

Validə xanım ulu öndərimiz Heydər Əliyevə çox böyük rəğbət bəsləyirdi. O, öz tələbələrinə Heydər Əliyevlə görüşləri haqqında həmişə ürəkdolusu danışırdı. Yaxşı yadımdadır, Validə xanım Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosuna üzv seçiləndə çox sevinirdi. O, poçta gedib Heydər Əliyevə təbrik teleqramı göndərdi. Dediyi bu sözlər isə heç vaxt yadımdan çıxmır: “Heydər Əliyev Azərbaycanın qəhrəman oğludur, o, xalqımızın gələcəyidir, onun Siyasi Büroya üzv seçilməsi Azərbaycana çox xeyir gətirəcəkdir”.

Validə xanım danışırdı ki, Heydər Əliyevlə görüşəndə ona 11 kitabımı və elmi monoqrafiyamı bağışlamışdım. Üstündən xeyli keçmişdi. Azərbaycan Milli Elmlər Akademiyasının 50 illik yubileyində Heydər Əliyev məruzə edərkən dedi ki, Validə xanım mənə 11 kitabını bağışlayıb, mən onlarla tanış oldum, kitabda Azərbaycan təbiəti və bitkilər aləmi elmi dəlillərlə tədqiq olunur. Bu kitablar elmin inkişafı ilə bərabər, Azərbaycanın dünyada tanınmasına da xidmət edir, digər alimlər də öz işlərində Validə xanım kimi olmalıdır.

Ulu öndər Heydər Əliyevin 2000-ci ildə Gəncə sakinləri ilə görüşlərində mən Validə xanımın tələbəsi olduğumu ulu öndərə dedim. Onun üzündə təbəssüm yarandı və qeyd etdi ki, bəli, mən Validə xanımı yaxşı tanıyırdım. O, çox böyük alim idi, ona böyük hörmətim var idi. Allah ona rəhmət eləsin! Mən Naxçıvanda orta məktəbdə oxuyanda Validə xanımın böyük qardaşı Murad Tutayuq mənim fizika müəllimim olubdur. Murad Tutayuq çox yaxşı müəllim idi. Əlbəttə, onda mən Validə xanımı tanımırdım. Mən gənc idim. Orta məktəbi 16 yaşında bitirmişdim. Amma 16 yaşına qədər biz üç il fizika keçdik - onu Validə xanımın qardaşı Murad Tutayuq aparırdı və mənə də çox yaxşı təhsil verdi. Mən bütün elmləri yaxşı öyrənmişdim, amma fizikanı, riyaziyyatı daha yaxşı bilirdim. Çünki bu fənləri Murad Tutayuq tədris edirdi.

Validə xanım təbiət vurğunu idi. O, bitkilərin insanı başa düşməsini və pis niyyətləri hiss etməsini, hətta onların küləklə rəqs etməsini, nəğmə deməsini poetik surətdə izah edirdi. O, eksperimental surətdə musiqinin çiçəklərin asanlıqla açılmasına və daha da təravətli olmasına təsirini sübut etmişdi. Söyləyirdi ki, Şuşada yay aylarında Cıdır düzündə hamı gəzintiyə çıxardı, yemək yeyib musiqi dinləyərdilər. Mən özüm şahidi olmuşam ki, muğamatın həzin səsindən orada bitən xarı bülbül və digər çiçəklər tez açılırdı.

Təbiəti, poeziyanı və yaradıcılığı çox sevən Validə xanım dahi bəstəkarımız Fikrət Əmirov ilə birgə “Xarı bülbül” adlı opera yazmağa başlamışdılar, ancaq amansız ölüm hər iki korifeyin işlərini yarımçıq qoydu.

Validə xanım mənəvi cəhətdən çox sağlam bir insan idi. Allaha çox inanırdı, Qurani-Kərimi iş otağında saxlayırdı, İraq səfərindən qayıdanda çox xoşbəxt görünürdü. Bizi yığıb səfər haqqında təəssüratlarını danışırdı. Deyirdi ki, Kərbəlada olanda sovet səfirliyindən icazə alaraq İmam Hüseynin qəbrini ziyarət etdiyimə görə çox xoşbəxtəm. Ziyarətgahda xalqıma, ailəmə xoşbəxtlik arzuladım.

Validə xanım 1980-ci il dekabrın 12-də dünyasını dəyişdi. Bu, onun doğmaları ilə bərabər, biz tələbələri üçün də ağır itki idi.

 

Zaur Hümbətov

Azərbaycan Dövlət Aqrar Universitetinin

akademik V.Tutayuq adına biologiya kafedrasının

müdiri, biologiya elmləri doktoru

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunur

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara