CƏMİYYƏT


Aktauda fırtına yüzlərlə xərçəngi sahilə atıb

Bakı, 13 mart, AZƏRTAC

Qazaxıstanın Aktau şəhərində xərçənglərin Xəzər sahillərinə kütləvi şəkildə atılması müşahidə edilib.

AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, Mangistau vilayətinin balıq müfəttişliyi idarəsində bu hadisəni Xəzərdə bu yaxınlarda baş verən fırtına ilə izah ediblər. Qış yuxusundan yenicə ayılan və qüvvə toplamağa macal tapmayan xərçənglər güclü küləyə müqavimət göstərə bilməyiblər. Yerli ekoloqlar, həmçinin dənizin dayazlaşmasının da rolunu qeyd edirlər.

Aktau sakinləri “balıq ovu”nu toplamaq üçün sahilboyuna əllərində paketlə gəlirlər. Sahildə, həmçinin təbiəti mühafizə polisi keşik çəkir. Sakinlərlə apardıqları söhbətlərdə onlar xərçəngləri dənizə buraxmağı xahiş edirlər.

“Dəniz çox dayazlaşıb, daşlar, onların məskunlaşdıqları yerlər daha az miqdarda su ilə qorunur. Yazın gəlişi, xərçənglərin ayılması, həmçinin gecə fırtınası yüzlərlə xərçəngi sahilə atıb. Xərçənglərin geriyə, suya dönərək xilas olmaq şansları yoxdur. Apreldən başlayaraq, kürü tökmə mövsümü başlayır, əfsuslar olsun ki, indi insanlar tərəfindən toplanan xərçənglər bunu edə bilməyəcəklər. Əlbəttə ki, bu, populyasiyaya xələl gətirməsə də, xoşagəlməz haldır. Əgər könüllülər xidməti olsaydı, sakinlərin xərçəngləri yığmaqlarının qarşısını almaq məqsədilə onların toplanmasına və dənizə buraxılmasına yardım edərdilər”, - deyə “Eko Mangistau” qeyri-hökumət müəssisəsinin rəhbəri Kirill Osin bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.