İQTİSADİYYAT


Əlcəzair portalı Laçında inşa olunan hava limanı barədə xəbər yayıb

Qahirə, 29 iyun, AZƏRTAC

Əlcəzairin “Əl Hərir” portalında Azərbaycan Prezidenti İlham Əliyevin Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olması barədə xəbər yayılıb.

AZƏRTAC-ın ərəb dilində xəbərinə istinadla yayımlanan materialda qeyd olunub ki, Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir. Təməli 2021-ci ildə qoyulan bu mühüm obyektin tikintisinin 2024-cü ildə tamamlanması nəzərdə tutulur.

Oxucuların diqqətinə çatdırılıb ki, hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Burada hava hərəkətini idarəetmə qülləsinin, transformator binalarının, nəzarət-buraxılış məntəqəsinin və digər yardımçı tikililərinin layihələndirilmə işləri başa çatdırılıb.

Sonda qeyd olunub ki, Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Bu obyekt Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir və strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da şərait yaradacaq.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.