Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir

Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir

Bakı, 28 oktyabr, AZƏRTAC

Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan Ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır. Nəsillərdən bizə miras qalan ən ülvi hisslərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıyırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin “Müzəffər Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dinc sakinlərimizin qətlinə yönəlmiş məqsədlə bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması, düşmən ordusunun açıq-aşkar yeni ərazi iddialarının və havadarlarına böyük etiqad və inamla regionda münaqişənin daha da gərginləşdirilməsi niyyətlərinin riyakar nümunəsidir. Azərbaycanın region və dünyada xüsusi əhəmiyyət və sürətlə artan nüfuzu, beynəlxalq təşkilatlarda həmsədrlik, söz haqqının olması, həyata keçirilən strateji layihələrlə ölkəmizin dünya iqtisadiyyatına verdiyi töhfələr düşməndə qıcıq və qısqanclıq yaratması, özünün müqayisəolunmaz dərəcədə bütün sahələrdə geriləməsinin nəticəsidir və təzahürüdür.

Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması ordumuzun çeviklik və peşəkarlıq səviyyəsinin çox yüksək olmasını nəinki düşmənə bütün dünyaya nümayiş etdirdi. Qısa zamanda əldə olunan nailiyyətlər peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması şəxsi heyətin uğurla irəliləyərək Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikalarının aşkar edilərək məhv edilməsi və onların hərəkət trayektoriyasına nəzarət aparılmasına imkan verir. Azərbaycanın dünya miqyasında 50 ən güclü orduya sahib dövlətlərin siyahısında olması bizi çox qürurlandırır və yalnız qələbə ümidlərini yaşadır!

Hər bir Azərbaycan vətəndaşı artıq əmindir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası Ali Baş Komandanın güclü siyasəti və iradəsi, ordumuzun əzmi və qətiyyəti, xalqımızın həmrəyliyi sayəsində mümkündür.

Vətən çağırışına olan mənəvi səfərbərliyimizin qarşısında düşmən tab gətirməyəcək!

İllərlə düşmən tapdağı altında olan torpaqlarımızın çağırışına canı, qanı, ruhu və bütün varlığı ilə irəliləyən hər bir azərbaycanlı igid oğullarımıza, bu müqəddəs çağırışa “canım fəda” deyib şəhidlik zirvəsinə ucalan övladlarımıza və onlarla birgə yetişən və yetişməkdə olan nəsillərimizə qələbə sevincimizi yaşatmaq qədər ülvi hissləri yaşadığımız üçün çox qürurluyuq. Torpaqlarımızı işğaldan azad etməklə nəinki ərazi bütövlüyümüzü təmin edirik, eyni zamanda, illərlə kimsəsiz qalan, təhqir olunan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış oluruq. Azərbaycan hər zaman dünyada sülhün, tolerantlıq və dialoqun, mədəniyyətlər və sivilizasiyalara xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Ancaq buna baxmayaraq, işğal altında olan torpaqlarımızda tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan vandalizm aktının şahidi oluruq. İşğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır. Müharibə şəraitində belə sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq.

Hər bir şəhid olan hərbçi və mülki şəxslərimizin qisasını alacağıq!

Ermənistan hərbçilərinin hədəfinə çevrilmiş Azərbaycanın mülki əhalisinin raket və top atəşinə tutulması nəticəsində 69 nəfər həlak olmuş və 314 nəfər yaralanıb. Bu bir daha riyakar düşmənin hərb meydanında ağır məğlubiyyətinin nəticəsidir. Hərbçilərinin cəsədlərinin toplanmasına belə maraqlı olmayan düşmən ölkəsinin real siyasi, ictimai, sosial-iqtisadi vəziyyətinin necə olduğunu açıq-aşkar nümayiş etdirir. Düşmənin dünya ölkələrinə əsassız yalvarışları, müraciətləri nəticəsiz qaldığı halda Azərbaycan Ordusu cənab Ali Baş Komandanının güclü siyasəti və qətiyyətinə inanaraq, iradə və əzmi ilə zəfər çalır.

Prezident İlham Əliyev çıxışlarında da hər zaman xüsusi əhəmiyyətlə hərbi texnika və avadanlıqların istehsalı istiqamətində uğurlu inkişafı qeyd edərək daima yeni və strateji planların icrasını vurğulamışdır. Bütün həyata keçirilən fəaliyyət və uğurlu nəticələr bu gün ölkəmizin hərbi potensialının, döyüş qabiliyyətinin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir və ordumuzun potensialını, güc və peşəkarlığını sübut etdirir. Ölkəmizin hərb potensialı və resursunu düzgün qiymətləndirə bilməyən, statistik göstəriciləri analiz etmək qabiliyyətinə malik olmayan Ermənistan hökuməti və dövləti ölümə göndərdiyi minlərlə əsgərlərin ana-atalarına cavab verməli olacaq! Azərbaycan öz ərazi bütövlüyü və torpaqları uğrunda döyüşür və zəfər çalır ancaq Ermənistan acgöz və riyakarcasına yeni ərazi iddiaları ilə, terror planları və regionda sülh və ədalət prinsipləri pozmaq məqsədləri ilə vətəndaşlarını məcburi surətdə ölümə göndərir. Bu əlbəttə ki, təbii bir haldır ki, Azərbaycan əsgərinin mübarizə və hərbi vətənpərvərlik ruhu ermənilərlə müqayisə olunmayacaq dərəcədədir, çünki xalqımız bu günləri, zəfər anlarının həsrətini illərlə gözlədiyi halda ermənilər özgə torpaqlarda öz xoşbəxtliklərini qurmağa cəhd edirdilər. Hər vasitə ilə status-kvonu öz maraqlarına uyğun şəkildə saxlayaraq tarixi, əbədi-əzəli torpaqlarımızdan öz mənfur terror siyasəti, Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin digər dövlətlərə narkotik maddələrin daşınmasının həyata keçirilməsi, Dağlıq Qarabağ ərazisindən narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, terrorçuların yetişdirilməsi üçün nəzarətsiz zona kimi istifadə edirdilər.

Azərbaycan xalqı Ali Baş Komandanın

qələbə müjdəsini hər an səbirsizliklə gözləyir

Artıq 30 gündür güclü Azərbaycan Ordusunun, rəşadətli əsgərlərimizin şücaəti nəticəsində cəbhədən sevindirici xəbərlər alırıq və bu xəbərlər Azərbaycan Prezidentinin şəxsən özünün xalqa müraciəti ilə çatdırılır. Ali Baş Komandanın hər zaman səsləndirdiyi kimi “Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları uğrunda döyüşür”.

Vətən Müharibəsi Azərbaycan Ordusunun uğurları və şücaəti ilə davam edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər gün cəbhədən aldığımız sevindirici xəbərlərlə, beynəlxalq KİV rəhbərlərinə verdiyi səlis və qətiyyətli müsahibələri ilə işğalçı Ermənistanı siyasi-diplomatik sferada da məğlubiyyətə uğradır.

Xalqımız işğaldan azad olunmuş torpaqlara

tezliklə qovuşacaq, həsrət sona çatacaq

Müzəffər Azərbaycan Ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. Şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, bir çox kəndləri, qəsəbələri və eyni zamanda, strateji yüksəklikləri işğaldan azad etməsini çox qürurverici həyəcan və sevinclə qarşıladıq. Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında sıx birləşməsi və yalnız qələbə ümidi ilə Azərbaycan Ordusuna dəstək olması həqiqətən çox həssas və qürurvericidir. Yaşlı bir azərbaycanlı nənənin nəvəsinə “Bala bircə dənə də olsa erməni tankı vurmasan geri gəlmə”, şəhid ana-atalarımızın “Vətən sağ olsun” demələri, erməni terroru nəticəsində gecə vaxtı evləri dağıdılan mülki şəxslərin Şanlı Ordumuzu “İrəli - Qələbəyə doğru” səsləmələri, körpə balalarımızın gözündəki qisas və qələbə əzmi milli kimliyimizi özümüzə xatırlatdı, güclü millət olduğumuzu, dəyərlərimizə sahiblənməyi bacaran, torpaqları və ərazi bütövlüyü uğrunda qorxmadan həlak olmağı və öldürməyi bacaran məğrur və qalib millət olduğumuzu növbəti dəfə özümüzə və bütün dünyaya sübut etdi. Hər bir evdə, hər ocaqda hər qarış torpağımızda qalib Azərbaycan bayrağımız var. Bu əzmin, ruh yüksəkliyinin, iradə və qətiyyətin qarşısında heç bir düşmən dayana bilməyəcək!

Qarabağ uğrunda mübarizə bizim haqq və ədalət savaşımızdır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb