CƏMİYYƏT


Ali məktəb tələbələrinin AQTA-nın təcrübə proqramlarına cəlb olunması davam edir

Bakı, 9 oktyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunda Azərbaycan Turizm və Menecment Universitetinin sosial menecment fakültəsinin qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin bacarıqlı gənclərini əməkdaşlığa cəlb etmək, onların qida təhlükəsizliyi sahəsində peşəkar kadr kimi yetişməsinə dəstək məqsədilə bir neçə ali təhsil ocağı ilə əməkdaşlıq etdiyi bildirilib. Eyni zamanda, agentliyin strukturu, fəaliyyəti, işə qəbul şərtləri, Qida Təhlükəsizliyi İnstitutunda işə qəbul prosesi ilə bağlı tələbələrə ətraflı məlumat verilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tələbələr Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens və Mərkəzi Baytarlıq laboratoriyalarının fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, ötən tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinin dörd tələbəsi Qida Təhlükəsizliyi Agentliyində təcrübə keçib və hazırda onlardan 2 nəfəri agentlikdə çalışır. Ali məktəb tələbələrinin agentlikdə və institutda təcrübə proqramlarına cəlb olunması bundan sonra da davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.