Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir
Bakı, 25 avqust, AZƏRTAC
Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu gün saat 11:05-ə olan məlumata görə, 54 min 272 ixtisas seçimi ərizəsi təsdiq olunub.
Ali məktəblərə tələbə qəbulu müsabiqəsində yalnız elektron ərizələrini təsdiqləmiş abituriyentlər iştirak edə biləcəklər. Abituriyentlər (o cümlədən subbakalavrlar) “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil olub seçimlərini etməlidirlər.
Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri”, habelə müsabiqə şərtləri barədə məlumat DİM-in saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [18:08]
Şərq intibah poeziyasının Xaqanı - elmi-praktik konfrans
- 17.11.2026 [17:17]
ADPU-da Beynəlxalq Tələbə Günü münasibətilə görüş
- 17.11.2026 [17:07]
307 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ADPU-da olublar
- 17.11.2026 [17:02]
UNEC süni intellekt üzrə regional mərkəzə çevrilməyi hədəfləyir
- 17.11.2026 [16:54]
“QS Dayanıqlılıq Reytinqi 2027”: UNEC liderdir
- 17.11.2026 [16:32]