DÜNYA
Almaniyada kibertəhlükəsizlik agentliyi yaradılacaq
Bakı, 14 avqust, AZƏRTAC
Almaniya hökuməti İnnovasiyalar və Kibertəhlükəsizlik üzrə agentlik adlanacaq yeni milli struktur yaradır.
AZƏRTAC “belta.by” resursuna istinadla xəbər verir ki, yeni qurumun yaradılması üzərində ölkənin Müdafiə və Daxili İşlər nazirlikləri çalışır. İsrail və ABŞ təcrübəsindən istifadə ediləcək agentliyin formalaşdırılması ilə bağlı son razılaşma avqustun 15-nə təyin olunub.
Agentliyin kibertexnologiyalar sahəsində məhsulların hazırlanması ilə məşğul olan şirkətlərin fəaliyyətini izləyəcəyi planlaşdırılır.
Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, ölkə növbəti 2 ildə təhlükəsizliyin təmini üçün bu sahədə tədqiqatlara təxminən 50 milyon avro yatırmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [20:01]
Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]