RƏSMİ SƏNƏDLƏR


Almaniyanın “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü, icraçı direktoru Bernd Ludeviqdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin səhmdarları Helmut Klaasın və Katrina Klaas-Mülhoyzerin, eləcə də “CLAAS” MMC-nin bütün kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı və prezidentlik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qoy Sizin səyləriniz Azərbaycan Respublikasına bundan sonra da rifah, sabitlik və sülh gətirsin.

Fürsətdən istifadə edərək, uzun müddətli uğurlu əməkdaşlığa görə Sizə təşəkkürümü bildirirəm. Eyni zamanda, Azərbaycanın “CLAAS” şirkəti üçün Cənubi Qafqazda yaratdığı şəraiti xüsusi qeyd etmək istəyirəm. Biz fəaliyyətimizdə həmişə Azərbaycan fermerlərinin “CLAAS” şirkətinin xidmətlərindən yararlanmalarına və məmnun qalmalarına çalışırıq.

Dərin hörmətlə,

 

Bernd Ludeviq

Almaniyanın “CLAAS Global Sales” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyətinin üzvü,

icraçı direktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin