REGİONLAR


“Alovlu Qafqaz” festivalı Qubada möhtəşəm konsert proqramı ilə yadda qalıb  VİDEO

Quba, 22 iyun, Elxan Yusifli, AZƏRTAC

“Alovlu Qafqaz” III Uşaq–Gənclərin Folklor Rəqs və Yaradıcılıq festivalı çərçivəsində növbəti konsert proqramı Qubada “Yaşıl teatr”da təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda Gürcüstan, Rusiyanın Şimali Osetiya–Alaniya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarını, eləcə də Azərbaycanın müxtəlif uşaq gənclər inkişaf mərkəzlərini təmsil edən kollektivlər çıxış edib.

Təhsil Nazirliyinin dəstəyi və Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə keçirilən festivala ümumilikdə 700-dən çox uşaq və gənc qatılıb.

Çıxış edənlər bildiriblər ki, festival ölkəmizin tarixi irsi, mədəniyyəti, milli adət-ənənələri, xalq yaradıcılığı və folklorunu dərindən öyrənmək, mədəni irsin uşaq və gənclər arasında daha da geniş təbliğ etmək, rəqslərimizi müasir tələblər səviyyəsində tanıtmaq, xoreoqrafiya sənətini daha da inkişaf etdirmək, eyni zamanda ölkəmizə gələn festival iştirakçılarına Azərbaycanı tanıtmaq məqsədi ilə təşkil olunur.

Bakı, Quba, Xaçmaz, Goranboy, Şabran, Qazax, İsmayıllı, Lənkəran uşaq gənclər inkişaf mərkəzlərini, eləcə də Gürcüstan və Rusiyanı təmsil edən rəqs və yaradıcılıq kollektivlərinin bir-birindən maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.