REGİONLAR


Alpaqut Turan döyüş sənəti üzrə dünya çempionatında medal qazanan ağdamlı idmançılarla görüş

Ağdam, 29 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam Rayon İcra Hakimiyyətində alpaqut Turan döyüş sənəti üzrə ilk dünya çempionatında uğurlu nəticələr əldə edən ağdamlı idmançılarla görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Alpaqut Federasiyasının baş katibi Etibar Toğrul noyabrın 24-25-də Bakı şəhərində keçirilən çempionatda qazanılan uğurdan danışıb. Bildirib ki, 18 ölkədən 500-dək idmançının iştirak etdiyi yarışda Ağdam rayonundan 9 idmançı Azərbaycan milli yığma komandasının tərkibində ölkəmizi təmsil edib. Çempionatda ağdamlı idmançılardan 7-si qızıl, 2-si isə bürünc medal qazanıb. İdmançıların müəllimi Kənan Quliyev də qızıl medalla təltif edilib.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov idmançıları və onların müəllimini qazandıqları uğura görə təbrik edib, müvəffəqiyyətlər arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.