İQTİSADİYYAT


Altı ayda Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 21 milyon kubmetr qaz olub

Bakı, 3 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 21 milyon kubmetr qaz olub.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 18 milyon dollar əməliyyat və 241 milyon dollar isə əsaslı xərclər sərf edilib.

2006-cı ilin sonlarında istismara verilən boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.