İQTİSADİYYAT


“Əmək bazarı” statistik məcmuəsi nəşr olunub

Bakı, 9 sentyabr (AZƏRTAC). Dövlət Statistika Komitəsi (DSK) tərəfindən “Əmək bazarı” məcmuəsi nəşr olunub.

AZƏRTAC xəbər verir ki, statistik məcmuədə Azərbaycanın əmək bazarını xarakterizə edən əsas göstəricilər yer alıb. Nəşrdə əhali və əmək ehtiyatları, iqtisadiyyatın fəaliyyət növləri üzrə məşğul olan əhalinin sayı, işçi qüvvəsinin hərəkəti, əmək şəraiti, əmək bazarında tələb və təkliflər, işsizliyin səviyyəsi, əmək haqqı, işçi qüvvəsinə çəkilən xərclər, kadrların peşə hazırlığı və digər məlumatlar əks olunub.

Məcmuənin elektron versiyasını DSK-nın veb-portalının "Əmək bazarı" bölməsi, nəşr versiyasını isə "Əmək bazarı, 2014" (977 KB) linki vasitəsilə əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.