REGİONLAR
Əmək yarmarkasında 84 nəfər işə götürülüb
Kürdəmir, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Kürdəmirdə rayon icra hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər evində təşkil edilən əmək yarmarkasına 139-u qulluqçu, 63-ü fəhlə, 66-sı xidmətçi olmaqla, 272 boş iş yeri çıxarılıb. Çıxarılan iş yerlərində orta əmək haqqı 320 manat olub.
Əmək yarmarkasında 624 nəfər işaxtaran iştirak edib. Yarmarkanın sonunadək 84 nəfərlə işə qəbulla bağlı müqavilə bağlanılıb. 16 nəfər isə xalçaçı peşə kursuna cəlb olunmaq üçün qeydiyyata götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [20:08]
Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var
- 04.05.2024 [17:57]
Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib
- 04.05.2024 [15:53]
Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir
- 04.05.2024 [15:26]
“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub
- 04.05.2024 [14:14]
Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib
- 04.05.2024 [09:02]
Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb
- 04.05.2024 [01:55]