Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayerdən və “Eagles’ Wings” şirkətinin icraçı direktoru Yepiskop Robert Sternzdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Biz etiqad sahibləri olaraq dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun daha da möhkəmləndirilməsi sahəsində Sizin rəhbərliyinizlə Azərbaycanın aparıcı rol oynamasını yüksək qiymətləndiririk.

Antisemitizmə qarşı mübarizənizə və Azərbaycanda yəhudi icmasının əmin-amanlıq şəraitində yaşaması üçün atdığınız addımlara görə Sizə minnətdarlığımızı bildiririk. İsrail Dövləti Azərbaycanın multikulturalizm modelini yüksək qiymətləndirir və bunu dünyanın digər ölkələri üçün nümunə hesab edir. Həmçinin terrorizmə və ekstremizmə qarşı mübarizədə ABŞ ilə birgə müttəfiqlik etdiyinizə görə Azərbaycana minnətdarıq.

Azərbaycan Respublikasının inkişafı naminə həyata keçirdiyiniz siyasi islahatlar və digər fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirik.

Dərin hörmətlə,

 

Ravvin Mark Şnayer

Etnik Anlaşma Fondunun sədri

 

Yepiskop Robert Sternz

“Eagles’ Wings” şirkətinin icraçı direktoru,

Amerika Birləşmiş Ştatları, Nyu-York şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin