SİYASƏT


Əmir Əliyev: Ermənistanın beynəlxalq məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslardan istifadə günümüzün tələbidir

İstanbul, 6 oktyabr, AZƏRTAC 

Ermənistanın beynəlxalq məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslardan istifadə edilməsi günümüzün tələbidir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev bildirib.

Əmir Əliyev deyib ki, müəllifi olduğu “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabında ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri ardıcıl cinayətlərin ifşa olunması üçün hüquqi əsaslar barədə informasiyalar və beynəlxalq sənədlər bir yerə toplanılıb. “İnsanları məqsədli şəkildə kütləvi öldürmək, ailələri məhv etmək, dini, milli və irqi zəmində zorakılıq törətmək və s. hallar beynəlxalq hüquq tərəfindən qadağan olunur. Sadaladığımız bu elementlərin hər biri Ermənistanın Azərbaycana qarşı cinayətlərində mövcuddur. Bütün bunların dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan və Türkiyə ziyalılarının birgə fəaliyyəti çox önəmlidir. Təcavüzkar Ermənistanın törətdiyi cinayətlərin elmi-nəzəri və praktiki əsaslandırılması günümüzün tələbidir”.

Əmir Əliyev bildirib ki, “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının yaxın zamanlarda Ukrayna, ispan və erməni dillərinə tərcüməsi də planlaşdırılır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.