İQTİSADİYYAT


Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iş qaldırılıb

Bakı, 5 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əmtəə nişanlarından qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olmuş müraciətin araşdırılması zamanı fiziki şəxs Həsənova Zülfiyyə Nadir qızına məxsus “OAZİS” əmtəə nişanından fiziki şəxs Kərimov Əlizadə Əlvan oğlunun Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev, ev 24 ünvanında yerləşən restoranda qanunsuz istifadə etməsi ilə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən olunub. Bununla əlaqədar fiziki şəxs Ə.Kərimov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq fiziki şəxs Ə.Kərimova “OAZİS” əmtəə nişanından qanunsuz istifadəyə yol verilməməsinə dair göstəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.