CƏMİYYƏT


Anadolu Agentliyinin Pakistan bürosu açılıb

Bakı, 14 mart, AZƏRTAC

AZƏRTAC-ın yaxın tərəfdaşı olan Türkiyənin Anadolu rəsmi informasiya agentliyinin İslamabaddakı bürosunun açılışı olub.

Anadolu agentliyinin AZƏRTAC-a daxil olmuş məlumatında bildirilir ki, qlobal miqyasda fəaliyyətini genişləndirən agentliyin xarici ölkələrdəki bürolarının sayı 43-ə çatıb. İslamabadın mərkəzində yerləşən büronun açılış mərasimində Pakistanın informasiya və televiziya yayımı naziri Çaudhri Fəvad Hüseyn, Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul, Anadolu agentliyinin baş redaktoru və baş direktorunun müavini Mətin Mutanoğlu və baş direktor müavini Mustafa Özkaya, diplomatlar, parlamentin deputatları və yerli media nümayəndələri iştirak ediblər.

Əsası 1920-ci ildə qoyulmuş Anadolu agentliyi dünyanın ən nüfuzlu və etibarlı xəbər mənbələrindən biridir. Agentlik dünyanın 100-dən çox ölkəsindən 13 dildə operativ xəbərlər yayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.