Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Andorranın sabiq Baş Naziri Oskar Ribas Reyqdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Doğum gününüz münasibətilə ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Gənc təşkilat olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əldə etdiyi möhtəşəm nailiyyətlər münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Hörmətlə,

 

Oskar Ribas Reyq

Andorranın sabiq Baş Naziri (1982-1984, 1990-1994)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin