Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Antalya Diplomatiya Forumunda Cənubi Qafqazdakı sülh və real əməkdaşlıq imkanları müzakirə olunub VİDEO

Antalya, 19 iyun, AZƏRTAC

Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər” mövzusuna panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Əlican Ayanların moderatorluğu ilə keçən panel müzakirəsində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonra regionda yaranmış vəziyyətlə bağlı mövqeyini iştirakçılara çatdırıb. Ölkəmizin müharibədən sonra həyata keçirdiyi layihələrdən bəhs edən C.Bayramov deyib ki, bu infrastrukturlar təkcə Qarabağa deyil, Ermənistana gedən yolun da bir hissəsini təşkil edir. Ona görə də sözügedən layihələr Qarabağdakı erməni vətəndaşlarımız kimi, Ermənistanın özü üçün də faydalıdır. Biz bu yolları açmaqla sülhü dəstəklədiyimizi real işlə nümayiş etdirdik. Biz Ermənistana səslənirik ki, əməkdaşlıq edək, dialoq aparaq. Onlar isə “hələ müharibə bitmədi” fikirləri səsləndirirlər. Biz danışıqlara hər zaman hazırıq.

Bölgə ölkələrinin mövcud problem və məsələlər ətrafında birgə dialoq apara bilməməsini yanlışlıq kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin deputatı, professor Kamil Aydın deyib ki, problemləri həll etmək üçün tərəflər arasında yaxınlaşma və dialoq təmin edilməlidir. Problem daha çoxşaxəli platformalara daşınmamalıdır. Region dövlətləri arasında əlaqələr və münasibətlər inkişaf etdikcə, problem daha tez həllini tapar. Ermənistanın Azərbaycan və Türkiyəni günahlandırması doğru yol deyil. Ərazi iddiası irəli sürən Ermənistan yanlış yoldadır. Biz bu bölgənin ölkələriyik. Türkiyədə müxtəlif millətlərin nümayəndələri, həmçinin ermənilər yaşayırlar. Ermənistan isə monoetnik ölkədir. Ermənistan bu yanlış yanaşmaya düzəliş etməlidir.

Əsassız iddiaları təhlükəli və faydasız adlandıran ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib ki, Ermənistan dövlətinin siyasətində bəzi mühüm məqamlar dəyişməlidir. Azərbaycan Ordusunu zəif görmək kimi xülyalar, Türkiyə və Azərbaycana qarşı torpaq iddiaları kimi yanlış baxışlar və istəklər bu dövləti dalana gətirib çıxarıb. Ermənistan bu zərərli tendensiyalardan imtina etməlidir. Bu gün Ermənistanın yeni bir dövrə, işıqlı gələcəyə qədəm qoymaq şansı var və onlar bu şansı qaçırmamalıdırlar.

Qafqazdakı yeni situasiyanın əsasının Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə qoyulduğunu, Xocalı soyqırımına və işğalçılıq siyasətinə görə Ermənistanı dəfələrlə qınadığını ifadə edən erməni əsilli professor Jirayir Libaridiyan vurğulayıb ki, erməni diasporunun proseslərə təsiri böyükdür. Ermənistan dövlətinin yaranmış vəziyyətdən tək çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələrini normallaşdırmasıdır. Bundan sonra birgə fəaliyyət müzakirə mövzusu ola bilər. Azərbaycanın torpaqları işğal altında olduğu müddətdə, əlbəttə ki, əlaqələrin normallaşdırılmasından söz gedə bilməzdi. Amma bu gün - Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra belə bir şans yaranıb, dialoq üçün imkanlar açılıb. Bu gün Ermənistanda siyasi vəziyyət elədir ki, seçkilərdə yüksək reytinqə malik olan və öndə gedən iki partiyanın liderləri - Paşinyan və Köçəryan mövcud durumu qiymətləndirməkdə acizdirlər və onların dialoqa tərəfdar olacağına ümid etmək olmaz. Bu mövzuda Ermənistanda daha çox vəziyyətə real baxan Levon Ter-Petrosyandır ki, onun da partiyası seçkilərdə 10-15 faiz səs toplaya bilər. Amma yenə də Ermənistan parlamentində vəziyyətə real baxan insanların olacağı az ümidvericidir.

Gürcüstan-Azərbaycan-Türkiyənin üçtərəfli əməkdaşlıq formatının nəticələrini hər kəsə nümunə kimi dəyərləndirən xarici işlər naziri David Zalkaliani Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qarsa dəmir yolu, TANAP və TAP layihələrinin həyata keçirilməsini regional əməkdaşlıqdan yaranan inkişafın ən mütərəqqi nəticələri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Gürcüstanın əməkdaşlıq siyasəti dəyişməzdir. Bölgə dövlətlərinin bir-birinə yaxınlaşmasının vacib və alternativsiz olduğunu diqqətə çatdıran gürcüstanlı nazir vurğulayıb ki, əsas məqsəd region dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsidir, “Biz beynəlxalq layihələrdə birgə fəaliyyətə üstünlük verməliyik. Gürcüstan, Azərbaycan və Ermənistan Xəzər və Qara dənizləri arasında önəmli layihələrdə tərəfdaş ola bilərlər. Biz bu gün bu mövzuları düzgün qiymətləndirməliyik. İşğaldan azad edilmiş minalanmış ərazilərin bir hissəsinin xəritələrinin bu yaxınlarda Gürcüstan və ABŞ-ın vasitəçiliyi ilə Azərbaycana verilməsi və saxlanılan 15 erməninin bunun müqabilində Ermənistana qaytarılması Gürcüstanın iki dövlət arasında əlaqələrin bərpa edilməsində mühüm xidmətinin olacağına işarədir və biz bu tendensiyanın davam etdirilməsini istəyirik”, - deyə D.Zalkaliani qeyd edib.

Çıxışlarda diqqətə çatdırılıb ki, hazırda bölgədə sülh və tərəqqi üçün yeni əməkdaşlıq imkanları yaranıb. İnkişaf və rifahın yeganə yolu sülhdən keçir. Münaqişələr olan yerdə əməkdaşlığın müzakirəsi yersiz və faydasızdır. Ona görə də Ermənistan tərəfi mövcud reallığı düzgün qiymətləndirərək qarşılıqlı faydalı əməkdaşlıq yolunu tutmalıdır. Vurğulanıb ki, əgər region dövlətləri arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq inkişaf edərsə, bölgəyə kənar təsirlər də azalar.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Yenilikçi Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar" mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumu çərçivəsində hazırda bütün dünyanı düşündürən və narahat edən məsələlər ətrafında müzakirələr aparılır.

İyunun 20-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumun yekunu ilə bağlı mətbuat konfransı keçirəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

Antalya Diplomatiya Forumunda Cənubi Qafqazdakı sülh və real əməkdaşlıq imkanları müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi