“ApplePay” vasitәsilә 121.3 milyon manatlıq ödәniş aparılıb
AzerTAg.az
Bakı, 2 avqust, AZƏRTAC
Mәrkәzi Bank rәqәmsal ödәnişlәrin әhatәliliyinin artırılması mәqsәdilә beynәlxalq tәşkilatlar ilә qurulmuş әmәkdaşlıq münasibәtlәrinin genişlәndirilmәsini birinci yarımildə dә diqqәt mәrkәzindә saxlayıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, Mәrkәzi Bankın tәşәbbüsü, bank sektoru vә beynәlxalq kart tәşkilatlarının dәstәyi ilә ölkәdә tәmassız ödәniş hәllәrinin çeşidinin artırılması vә innovativ texnologiyaların tәtbiqi mәqsәdilә 2021-ci ildә ölkәmizdә aktivlәşdirilmiş “ApplePay” ödәniş hәlli vasitәsilә hesabat dövründә aparılan ödәnişlәrin sayı 6.9 milyon әdәd, hәcmi isә 121.3 milyon manat olub. Cari ildә digәr innovativ ödәniş xidmәti tәhcizatçılarının da ölkә bazarına cәlb edilmәsi istiqamәtindә aktiv işlәr aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var