Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Aprel döyüşləri: böyük Zəfərin başlanğıcı

Aprel döyüşləri: böyük Zəfərin başlanğıcı

Azərbaycan Prezidenti İlham Əliyev: “Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi”.

Bakı, 1 aprel, AZƏRTAC

Bütün dünyada təlatümlü proseslərin baş verdiyi indiki dövrdə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin ictimai çəkisini, geosiyasi əhəmiyyətini və heç şübhəsiz, milli məzmununu daha dərindən təhlil etmək üçün yeni arqumentlər yaranır. Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yanaşı, həm də dünyaya, xüsusilə də torpaqlarının bir hissəsi işğal altında olan bir çox ölkələrə nadir nümunə göstərdi. Bir-biri ilə amansız mübarizə aparan və qalib olmaq üçün beynəlxalq hüququ, hətta elementar insani dəyərləri belə tapdalamağa hazır olan böyük güclərin açıq və gizli çəkişmələri fonunda Cənubi Qafqazda 30 il ərzində formalaşmış status-kvonu dəyişmək üçün əlverişli vaxt seçmək çox çətin idi. Azərbaycan zamanı dəqiq seçdi, Ermənistanın uzun müddətdir davam edən təxribatlarına lazımı anda cavab verdi. Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” tezisi, əslində, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin geosiyasi fəlsəfəsini çox dəqiq şəkildə ifadə edir. Aprel döyüşlərinin 6-cı ildönümünü qeyd etdiyimiz bu günlərdə biz Vətən müharibəsinə daha geniş baxış bucağından yanaşmaq imkanına sahibik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov ifadə edib.

Deputat deyib ki, 6 il əvvəl - 2016-cı il aprelin 2-də Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması əks-həmlə əməliyyatını zərurətə çevirdi. Azərbaycan Silahlı Qüvvələri Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı kəndini, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində bəzi mövqeləri düşməndən azad etdi. Bu, Ermənistanın işğal altındakı ərazilərdə qurduğu “keçilməz sədd” kimi təqdim edilən müdafiə xəttinin yarılması ilə nəticələn strateji əhəmiyyətli qələbə idi.

Bir çoxları, o cümlədən yerli və xarici ekspertlər Aprel döyüşlərini “44 günlük müharibənin məşqi” adlandırırlar. Onlar xeyli dərəcədə haqlı ola bilərlər, lakin müharibələr həm də təhlükəsizlik baxımından açıqlanması məqsədəuyğun hesab edilməyən gizli strategiyalara əsaslanır. Bu baxımdan, Aprel döyüşlərinin əsl məqsədini dəqiqliklə təyin etmək mümkün olmaya bilər. Bununla belə, Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən bu əməliyyatın tərəflərin qüvvələr nisbətini üzə çıxarmaq, geosiyasi mənzərəni, regionda təsiri olan qüvvələrin maraq və mənafelər dairəsini aydınlaşdırmaq baxımından mühüm rol oynadığını demək mümkündür. Status-kvo Ermənistanı tamamilə, regiona təsir imkanları olan böyük güclərin əksəriyyətini isə əsasən qane edirdi. Aprel döyüşləri, əslində, işğalçı Ermənistanı sülhə məcbur etmək cəhdi kimi qiymətləndirilə bilər. Məhz bu hadisədən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi sonradan imtina etdiyi sülh vədləri ilə çıxış etməyə başlamış, danışıqlar prosesində nəzərəçarpacaq intensivlik müşahidə olunmuşdu. Lakin Ermənistan hökuməti müxtəlif manevrlərlə prosesi ləngitmək, məsələnin həllini uzatmaq, mümkün olsa hətta qeyri-müəyyən bir formada zamanın ixtiyarına buraxmaq taktikasını seçmişdi. Zaman isə Azərbaycanın xeyrinə işləyirdi...

Aprel döyüşlərinin ən böyük nəticələrindən biri həm də bundan ibarət idi ki, hərbi-psixoloji üstünlük Azərbaycana keçdi. 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra formalaşmış təsəvvürlər alt-üst oldu. 2016-cı ilə kimi bir çoxları yeni müharibənin status-kvonu dəyişməyəcəyini düşünürdü. 2016-cı ilin aprelindən sonra 20 ildən çox bir müddətdə formalaşmış bu baxış əsaslı şəkildə dəyişdi. Azərbaycan ordusu döyüş meydanında nəyə qadir olduğunu göstərdi. Bu, həm Ermənistana, həm də onun himayədarlarına atəşkəsdən sonra vurulmuş ilk böyük psixoloji zərbə oldu.

Hərbi əməliyyatların dayandırılmasından sonra aparılan danışıqlarda irəliləyişin əldə olunmamasına baxmayaraq, Ermənistanın getdikcə daha çətin duruma düşdüyünü artıq beynəlxalq ekspertlər də, danışıqlar prosesinin bütün iştirakçıları da anlayırdı. 2016-cı ildən 2020-ci ilə qədər olan dövrdə baş verən bir çox hadisələr, əslində, Azərbaycanın öz torpaqlarını azad etmək üçün bütün imkanlarını səfərbər etdiyini göstərirdi. Şübhəsiz ki, Ermənistan da müharibəyə hazırlaşırdı. Həm də bu hazırlıq “Azərbaycanı son dəfə cəzalandırmaq” eyforiyası üzərində qurulmuşdu. Azərbaycanla Ermənistan arasında yeni müharibəyə hazırlıq prosesini fərqləndirən bir neçə mühüm detal mövcud idi: Ermənistan işğalı genişləndirməyə (ovaxtkı müdafiə nazirinin ABŞ-da verdiyi məlum bəyanat buna dəlalət edir), Azərbaycan işğala son qoymağa hazırlaşırdı; Ermənistan və Azərbaycanda ordunun, eyni zamanda, xalqın mənəvi-psixoloji hazırlıq səviyyəsi fərqli idi; Hərbi gücün artırılması üçün atılan addımlar iqtisadi imkanlara mütənasib idi (Azərbaycan və Ermənistanın iqtisadi potensialının müqayisəolunmaz dərəcədə fərqli olması); və nəhayət Azərbaycan XXI əsrin müharibəsinə hazırlaşırdı, Ermənistan isə hələ də uzaq 90-cı illərdə ilişib qalmışdı.

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş verən hadisələr ilk dövrlərdə sülhə olan ümidləri artırsa da, daha sonrakı mərhələdə bu ümidlərin əsassız olduğu üzə çıxdı. 2020-ci ilin sentyabrında Azərbaycan ordusunun mövqelərinə və dinc yaşayış məskənlərinə Ermənistan silahlı qüvvələri tərəfindən endirilən zərbələr müharibənin başlanmasını qaçılmaz etdi. Azərbaycanın genişmiqyaslı hücumlara cavab olaraq həyata keçirdiyi əməliyyatlar qısa müddətdə Ermənistan ordusunun darmadağın edilməsi və yüzlərlə kəndin azad olunması ilə başa çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan olunmuşdu. Bu, faktiki olaraq Ermənistanın kapitulyasiya aktı idi.

Qeyd olunanları ümumiləşdirsək, 2016-cı ilin Aprel döyüşlərinin Azərbaycan üçün strateji nəticələrini bir neçə istiqamət üzrə sıralamaq mümkündür:

- Hərbi istiqamətdə: Ermənistan ordusu haqqında yaradılan məğlubedilməzlik mifi ilk dəfə ciddi zərbə aldı; Azərbaycan Ordusunun döyüş meydanında aşkar üstünlüyü təsdiqini tapdı;

- Diplomatik sahədə: danışıqlar prosesində Azərbaycanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi;

- Mənəvi-psixoloji baxımdan: Ermənistan cəmiyyətində, eləcə də siyasi elitada, xüsusilə də hərbi strukturlarda uzun illər ərzində formalaşmış “qalib ədasını” xeyli dərəcədə sarsıtdı;

- Azərbaycan ictimai rəyində qələbəyə inamı daha da möhkəmləndirərək, milli birlik və həmrəyliyin gücləndirilməsinə ciddi təsir göstərdi;

- Regional, eləcə də qlobal gücləri, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yeni reallıqlar kontekstindən baxmağa sövq etdi, status-kvonun güc yolu ilə dəyişdirilməsinin mümkünsüzlüyü barədə təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişdi.

Bütün bu qeyd olunan məqamların əlbəttə ki, Aprel döyüşlərinin nəticələri kimi hər birini ayrı-ayrılıqda təhlil etmək mümkündür. Çünki onların hər biri 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin ayrı-ayrı sütunları kimi nəzərdən keçirilə bilər. Lakin, düşünürəm ki, biz Aprel döyüşlərinin geosiyasi aspektlərinə daha çox diqqət yetirməliyik. Çünki məhz geosiyasi amillər Azərbaycanın qazandığı qələbənin siyasi müstəvidə təsdiqi və etirafının ən vacib şərtidir. Görünür Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyərkən məhz bu həssas, həm də son dərəcə vacib məqamı nəzərdə tuturdu. Azərbaycan xalqını qalib xalqa çevirən də məhz nəyi, nə vaxt və necə edəcəyini bilən Liderə sahib olmasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib

Ali qonağın şərəfinə

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub VİDEO

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib