Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

“Aprel döyüşlərinin zəfər bayraqlarına düzlən!” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib

Bakı, 5 aprel, AZƏRTAC 

Aprel zəfərinin üçüncü ildönümü münasibətilə Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Aprel döyüşlərinin zəfər bayraqlarına düzlən!” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib.

AZƏRTAC xəbər verir ki, Müdafiə və Təhsil nazirliklərinin rəsmiləri, Milli Məclisin deputatları, UNEC-in rəhbərliyi, şəhid ailələri və müharibə veteranları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsini dərin ehtiramla yad edərək büstü önünə gül dəstələri düzüblər. Sonra “Şəhidlər” xatirə kompleksi ziyarət edilib və abidə önünə əklil qoyulub.

UNEC-in əsas tədris binasının bayramsayağı bəzədilmiş həyətində - qala divarının qarşısına toplaşan Milli Məclisin deputatları, generallar, zabitlər, əsgərlər, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, eləcə də universitetin müəllim və tələbələri ötən il Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradda nümayiş olunan, Aprel zəfərinin qazanılmasında, həmçinin ötən ilin mayında Naxçıvan Muxtar Respublikasında Günnüt kəndinin azad edilməsində, mühüm strateji yüksəkliklərin ələ keçirilməsində, bununla da 11 min hektar ərazinin nəzarətə götürülməsində müstəsna xidmətləri olmuş hərbi hissələrin döyüş bayraqlarını alqışlarla qarşılayıblar.

Tədbir iştirakçıları hərbi orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini birlikdə ifa edərək, Vətənimizə, dövlətimizə, bayrağımıza, Ali Baş Komandanımıza sadiqliklərini bir daha bildiriblər.

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin hərbi hissələrindən birini ziyarət edərkən hərbi qulluqçularla görüşü zamanı Aprel döyüşləri barədə dediyi fikirlər səsləndirilib: “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.

Tədbir iştirakçıları Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını, dövlətimizin başçısının daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini və Aprel zəfərini təzələmək üçün əmr gözlədiklərini alqış və səsləndirdikləri şüarlarla bəyan ediblər.

“Aprel döyüşlərinin zəfər bayraqlarına düzlən!” adlı ədəbi-musiqili-xoreoqrafik kompozisiya tədbir iştirakçılarını bir bayraq altında, bir amal uğrunda Azərbaycan naminə mübarizəyə çağırıb. Respublikanın Xalq artisti Samir Cəfərovun, Əməkdar artistlər Cahangir Qurbanov və Ehtiram Hüseynovun, eləcə də digər sənət ustalarının, əsgər xorunun, Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin ifa etdikləri hərbi marşlar, vətənpərvərlik mahnıları və döyüş rəqsləri tədbir iştirakçılarında işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə inamını artırıb. “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” nidaları ətrafa yayılıb.

Aparıcılar Xalq artisti Pərvanə Qurbanova və Əməkdar incəsənət xadimi Abdulla Qurbani Aprel zəfərinin Azərbaycan Ordusunun böyük qələbəsi, xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin qələbəsi, o cümlədən Ulu Öndərimizin Ali Baş Komandanlığı ilə 1993-cü ilin sonu - 1994-cü ilin əvvəlində Füzuli və Cəbrayıl rayonlarının 22 yaşayış məntəqəsinin azad edilməsi ilə nəticələnən qələbədən uzun illər sonra məhz müdrik Prezidentimiz, qətiyyətli sərkərdəmiz İlham Əliyevin xalqımıza bəxş etdiyi, müasir hərb tariximizin ən böyük qələbəsi olduğunu vurğulayıblar.

Qeyd edilib ki, gündən-günə möhkəmlənən, qüdrətlənən, ən müasir silah-sursatlarla, zirehli texnikalarla, artilleriya qurğuları, zenit-raket kompleksləri, aviasiya vasitələrilə təmin edilən, peşəkar, dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan Ordusu istənilən vəzifəni yerinə yetirməyə hazır və qadirdir.

Nəzərə çatdırılıb ki, son zamanlar ordu ilə xalqın mənəvi birliyi, ictimaiyyətlə əlaqələr daha da genişlənib, “Açıq qapı günü” tədbirləri ənənəyə çevrilib. Xalq öz ordusuna inanır, ona güvənir. Azərbaycan Ordusunun şəxsi heyəti isə xalqın bu etimadını, inamını döyüş və mənəvi-psixoloji hazırlıqda, təlimlərdə qazandığı uğur və nailiyyətlərlə doğruldur.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri ilə sıx əlaqə saxladıqlarını, onlarla birlikdə silsilə vətənpərvərlik tədbirləri keçirdiklərini bildirib. Rektor böyük iftixar hissi ilə nəzərə çatdırıb ki, həm Aprel döyüşləri zamanı, həm də bu döyüşlərdə qazanılan zəfərdən sonra bütün xalqımız kimi UNEC-in 20 minlik kollektivi də ayaq üstə idi. Hamı bir nəfər kimi döyüşlərə müntəzir idi. Şəhidlər versək də, ruhdan düşmür, düşmən təxribatlarına qarşı əks-hücuma keçərək, Ermənistanın özləri haqqında yaratdıqları “yenilməz ordu” mifini darmadağın edən Azərbaycan Ordusunun uğurlarını alqışlayırdıq. Aprel döyüşlərində bizim məzunlarımız da qəhrəmanlıqlar göstərir, canlarından, qanlarından keçirdilər. UNEC-i bitirmiş əsgər Mahir Mirzəyev və Tural Dadaşov bu döyüşlər zamanı şəhidlik məqamına yüksəldilər. Hər ikisi Prezidentimizin Sərəncamı ilə ölümlərindən sonra döyüş medalları ilə təltif olunublar. Biz onların dövlət bayrağımıza bükülmüş cənazələrini “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları altında Vətən torpağına əmanət etdik. Bu gün də müəllim, tələbə və texniki işçilərimiz qələbə əzmi, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına inam hissi ilə yaşayır. Biz Azərbaycan Ordusunun hər bir uğuruna sevinir və qəhrəman döyüşçülərimizlə fəxr edirik. Biz hər an Ali Baş Komandanın hər bir əmrinə hazırıq.

Rektor Ə.Muradov bir neçə gündən sonra yenidən cəbhə bölgələrinə səfər edəcəklərini, ümumiyyətlə, Azərbaycan Ordusunun şəxsi heyəti ilə əlaqələrini bundan sonra da genişləndirəcəklərini diqqətə çatdırıb.

Müdafiə Nazirliyinin İdeoloji iş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev belə bir tədbirin Azərbaycan Dövlət İqtisad Universitetində keçirilməsinin təsadüfi olmadığını qeyd edərək deyib: “UNEC-in professor-müəllim və tələbə heyəti ordumuza daim mənəvi dayaqdır. Onların tez-tez qruplarla cəbhəyanı bölgələrə səfərləri, şəxsi heyətlə görüşləri, Vətən əsgərlərinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun və vətənpərvərlik hissinin daha da yüksəldilməsi üçün göstərdikləri səylər təqdirəlayiqdir. Bununla yanaşı, ali təhsil ocağında tələbələrlə aparılan vətənpərvərlik işi də yüksək səviyyədədir. Bunun nəticəsidir ki, UNEC-in məzunları ordumuzda əsgəri borclarını şərəflə yerinə yetirirlər. Müdafiə Nazirliyinin rəhbərliyi universitetin bu istiqamətdə fəaliyyətini həmişə yüksək qiymətləndirib. Ordu ilə xalqın mənəvi əlaqələrinin daha da genişləndirilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Bu, həm ordunun gücünü artırır, həm də xalqımızın orduya, qələbəyə inamını daha da yüksəldir”.

Aktyorlar Toğrul Rza və Elməddin Məmmədov şəhidlərimiz Mahir Mirzəyev və Tural Dadaşovun qiyafəsində tüstü-duman içindən çıxaraq tədbir iştirakçılarına və valideynlərinə müraciət edərək “Bir də həyata qayıtsaydıq yenidən Vətən uğrunda şəhidliyi seçərdik” demələri hər bir tədbir iştirakçısında qürur hissi oyadıb. Şəhid valideynlərinin övladlarının obrazlarını yaradan aktyorlara sarılaraq “Vətən sağ olsun!” demələri duyğulu anlar yaşadıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbaninin layihəsi olan “Aprel döyüşlərinin zəfər bayraqlarına düzlən!” vətənpərvərlik bayramı işğal altında olan digər torpaqlarımızın da tezliklə azad ediləcəyinə və həmin bölgələrdə ucaldılan dövlət bayrağımızın Azadlıq meydanına gətirilərək Qələbə paradında nümayiş olunacağına inamını daha da artırıb.

Hərbi vətənpərvərlik bayramı Ali Baş Komandana ünvanlanan “Zəfər marşı” ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib