İQTİSADİYYAT


Apreldə özəlləşdirmə hərraclarına 75 nəqliyyat vasitəsi çıxarılacaq

Bakı, 4 aprel, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 19-u, 21-i və 26-da hərrac keçiriləcək.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, aprelin 19-da təşkil olunacaq hərraca 20 nəqliyyat vasitəsi, 16 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili, aprelin 21 və 26-da keçiriləcək hərraclara isə müvafiq olaraq 32 və 23 nəqliyyat vasitəsi çıxarılacaq.

Qeyd olunan tarixlərdə keçiriləcək hərraclarda ümumilikdə 75 nəqliyyat vasitəsinin satışı nəzərdə tutulur ki, bunların arasında ABŞ, Koreya və Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edir. 1983-2013-cü illərdə istehsal olunan bu nəqliyyat vasitələrinin marka və təyinatları müxtəlifdir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iaşə, kənd təsərrüfatı sahələrinə aiddir və əsasən bölgələrdə yerləşir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.

Tam siyahı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.