CƏMİYYƏT
Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 19 santimetr azalıb
Bakı, 15 iyul, AZƏRTAC
Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 60-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-60 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, iyulun 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 235 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 9 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 132 kubmetrdir.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 19 santimetr azalıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 350, Salyanda 118, Bankədə 179, Novruzlu məntəqəsində isə 51 santimetrdir.