RƏSMİ SƏNƏDLƏR


Argentina Respublikasının İslam Mərkəzinin prezidenti Anibal Baçir Bakir və Baş katibi Hüseyn Ajjardan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Argentina Respublikasının İslam Mərkəzi ölkəmizdəki İslam icması adından Azərbaycanın tarixi ərazilərinin, o cümlədən 30 illik işğal zamanı müxtəlif məscidlərin dağıdıldığı Dağlıq Qarabağın rəmzi Şuşa şəhərinin qaytarılmasına nail olan xalqınızı bu böyük Qələbə münasibətilə təbrik etməkdən qürur hissi duyur.

Biz, həmçinin uca və mərhəmətli Allahdan Azərbaycan şəhidlərinin ruhuna rahatlıq bəxş etməsini, yaxınlarının ağrı və iztirablarını azaltmasını diləyirik.

Qoy, Allah Zati-alinizi hifz etsin və Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxt və firavan gələcək bəxş etsin!

Dua edirik ki, uca və mərhəmətli Allah Sizə vətənpərvər fəaliyyətinizdə ən parlaq nailiyyətlər qazanmağı nəsib etsin.

Fürsətdən istifadə edərək, Zati-alinizə ən yüksək hörmət və ehtiramımızı çatdırırıq.

Dərin hörmətlə,

 

Anibal Baçir Bakir

Argentina Respublikasının İslam Mərkəzinin prezidenti

Hüseyn Ajjar

Argentina Respublikasının İslam Mərkəzinin Baş katibi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin