CƏMİYYƏT
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb
Bakı, 27 mart, AZƏRTAC
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb.
İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, birlik özünün nizamnaməsinə uyğun olaraq yarandığı gündən həyata keçirdiyi xeyirxahlıq missiyasını bu həssas və taleyüklü günlərdə də davam etdirir, sosial müdafiəyə ehtiyacı olan şəxslərin, aztəminatlı ailələrin və tənhaların problemlərinin həlli üçün əlindən gələni edir.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, el ağsaqqalı Qənbər Qurbanov Aşıq Şəmşir ailəsi və ictimai birliyin çoxsaylı üzvləri adından hər zaman olduğu kimi, bu çətin və məsuliyyətli dövrdə də xalqımızı Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə əməl etməyə çağırıb.