REGİONLAR
Astara Rayon Mədəniyyət Mərkəzinin işçiləri sərhədçilərlə görüşüblər
Astara, 1 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Mədəniyyət Mərkəzinin işçiləri “N” saylı hərbi hissədə keçirilən “Açıq qapı günü” çərçivəsində sərhədçilərlə görüşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ölkəmizin müxtəlif şəhər və rayonlarından gəlmiş valideynlər hərbi xidmətdə olan övladları ilə görüşərək, onların məişət şəraiti ilə tanış olublar.
Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblı, əsgər və zabitlər valideynlər qarşısında konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə, həmçinin Astara rayonunda kitabxananın yaradılmasının 80 illiyi ilə əlaqədar keçirilən “Bir əsgər-bir kitab” layihəsi çərçivəsində kitab sərgisi təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]