REGİONLAR


Astara rayonunda 202 hektar sahədə çəltik əkilib

Astara, 6 iyul, AZƏRTAC

Astara rayonunun təsərrüfatlarında çəltik əkini başa çatıb və 202,1 hektar sahədə əkin aparılıb.

Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, çəltikçilik Astara rayonunun ənənəvi təsərrüfat sahəsidir. Astara rayonunda çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Artıq bir neçə ildir bölgənin brendi olan, ekoloji cəhətdən təmiz və keyfiyyətli Astara düyüsünə bazarda tələbat böyükdür. Yerli düyüyə olan tələbat əkinçiləri çəltik sahələrini ildən-ilə genişləndirməyə həvəsləndirir.

“Çəltikçilik rayonun əsasən Səncərədi, Pensər, Kakalos və Ərçivan ərazi nümayəndəliklərində geniş yayılıb. Hazırda bütün ərazilərdə əkin sahələrinin aqrotexniki tələblər səviyyəsində becərilməsi üçün ciddi səy göstərilir”, - deyə Vasif Həsənov əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.