REGİONLAR


Astarada Milli Musiqi Günü qeyd olunub

Astara, 18 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Avqustun 18-də Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 134-cü ildönümü və Milli Musiqi Günü ilə bağlı Astara şəhərindəki uşaq musiqi məktəbində bayram tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Mərkəzin direktoru Kübra Səmədova musiqi məktəbinin kollektivini Milli Musiqi Günü münasibətilə təbrik edib və “18 sentyabr - Milli Musiqi Günü: Üzeyir Hacıbəyli zirvəsi” mövzusunda çıxış edib.

Tədbir iştirakçıları, həmçinin Mərkəzin “Rəssamlıq” və Toxuculuq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgi ilə də tanış olublar.

Bayram tədbiri Astara Uşaq Musiqi Məktəbində davam etdirilib.

Musiqi məktəbinin direktoru Çingiz Eyvazov müəllim və valideynləri əlamətdar gün münasibətilə təbrik edərək, pedaqoji kollektivə yeni tədris ilində uğurlar arzulayıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar imzaladığı Fərmanla hər il sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Sonra Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş “Musiqi dahisi” adlı film nümayiş etdirilib.

Tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müdiri Leyla İskəndərova, müəllimlər Şakir Quliyev, Şamil Bayramov çıxış edərək Milli musiqi tariximizdən, Üzeyir Hacıbəylinin yaradıcılığının musiqi mədəniyyətimizin formalaşmasındakı rolundan danışıblar.

Sonda musiqi məktəbinin şagirdləri Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.