REGİONLAR


Astarada iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 18,1 faiz çox vəsait yönəldilib

Astara, 6 may, AZƏRTAC

Bu ilin yanvar-mart aylarında Astara rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5008,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz çox vəsait yönəldilib.

Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov AZƏRTAC-a bildirib ki, ümumi sərmayənin 438,0 min manatı və ya 8,7 faizi məhsul istehsalı obyektlərinin, 4130,0 min manatı (82,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 440,0 min manatı (8,8 faizi) isə ümumi sahəsi 1155 kvadratmetr olan fərdi yaşayış evlərinin tikintisinə sərf edilib.

Əsas kapitala yönəldilmiş vəsaitin 4855,8 min manatı və ya 97,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Ümumi sərmayənin 91,2 faizi dövlət, 8,8 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Üç ayda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 82,5 faizi nəqliyyat və anbar təsərrüfatına, 8,8 faizi tikinti, 8,5 faizi sənaye, 0,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.