REGİONLAR


Astarada karantin qaydalarını pozduğu üçün cərimələnən restoranın sahibi barəsində bu dəfə cinayət işi başlanılıb

Astara, 28 iyul, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Maricel” restoranında təşkil olunan toy mərasimi zamanı növbəti dəfə karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan yoxlamalar zamanı sözügedən obyektdə bundan əvvəl də təşkil olunan toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi halı aşkarlanıb.

Həmin restoranın sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 min manat məbləğində cərimə olunub.

Növbəti dəfə qayda və tələblərin pozulduğuna görə “Maricel” restoranının sahibi barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.