REGİONLAR


Astarada yol polisi narkotik maddə qəbul etmiş sürücünü saxlayıb

Astara, 10 iyul, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsəsən, Bakıdan Astaraya “Tofaş” markalı avtomobillə sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyənləşdirilib.

Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Ə.Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən narkotik vasitə və bir şpris aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.