REGİONLAR


Astaralı valideyn: Gənclərimizə ali təhsil almaq, bilikli, savadlı kadr kimi yetişmək üçün hərtərəfli imkanlar yaradılıb

Astara, 16 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamıdır. Bu gün gənclərimizə ali təhsil almaq, bilikli, savadlı kadr kimi yetişmək üçün hərtərəfli imkanlar yaradılıb.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Astara rayonunun Ərçivan qəsəbə sakini Atifə Əsədullayeva deyib.

Atifə Əsədullayevanın həyat yoldaşı Firudin Allahverdiyev 2002-ci ildə cəbhənin Beyləqan istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub. O, bu illər ərzində hər bir çətinliyə qatlaşaraq qızlarını ali təhsilli vətəndaş kimi yetişdirməyə çalışıb.

Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən razı qaldığını bildirən astaralı valideyn deyib: “Dövlətimizdən çox razıyam. Böyük qızım Nuran Əsədullayeva evlidir, bir uşağı var. Kakalos kənd 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyir. İkinci qızım Fatimə Allahverdiyeva Astara şəhər 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimidir. Hər iki qızım müəllimlərin diaqnostik qiymətləndirilməsində yüksək bal toplayıb. İndi onlar gənc nəslin savadlı kadr kimi yetişməsində səylərini əsirgəmirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.