İQTİSADİYYAT
Auditorlar Palatası publik hüquqi şəxslərin rəhbərləri üçün təlim keçirir

Bakı, 13 sentyabr, AZƏRTAC
Auditorlar Palatası publik hüquqi şəxslərin rəhbərlərinə müraciət edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, idarəetmənin yeni dövrün çağırışlarına cavab verən mütərəqqi forması olan Publik hüquqi şəxslərin yaradılması ölkəmizdə geniş vüsət almaqdadır. Publik hüquqi şəxslərdə səmərəli və şəffaf fəaliyyətin təmin edilməsi üçün qanunvericilikdə daxili audit bölməsinin yaradılması nəzərdə tutulub. Daxili auditor peşəsinin incəliklərinə dair zəruri biliklərə və səriştəyə malik olan daxili auditor kadrlarına tələbatın artmasını nəzərə alaraq Auditorlar Palatası ilə əməkdaşlıq edən beynəlxalq CIA, CFE sertifikatlara malik Müslüm Rüstəmov tərəfindən “Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit” ixtisası üzrə kadrlarının hazırlanmasına başlanılıb. Təlim ödənişlidir. İştirak etmək istəyən şəxslər Auditorlar Palatasına müraciət edə bilərlər. Təlim oktyabrın 4-də başlayacaq və həftədə 2 gün keçiriləcək.