İQTİSADİYYAT


Auditorlar Palatasının nümayəndə heyəti Ankarada konqresdə iştirak edib

Bakı, 17 yanvar, AZƏRTAC

Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyinin (TÜRMOB) dəvəti ilə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti Ankarada “Peşəmizdə haqsız rəqabətin qarşısının alınması və yeni addımlar” mövzusunda onlayn keçirilən VIII Türkiyə Haqsız Rəqabət Konqresinə qatılıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, konqres 3 sessiya əsasında təşkil edilib. Sessiyalarda “Haqsız rəqabətin qarşısının alınmasında Elektron Birlik və GİB inteqrasiyası”, “Haqsız rəqabətin qarşısının alınmasında yeni yanaşmalar” və “Qiymətləndirmə” mövzusunda məruzələr dinlənilib, geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbir zamanı əldə edilən materiallar və nəticələr mühasibat uçotu və audit sahəsində haqsız rəqabətə qarşı mübarizədə mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatımızın xüsusiyyətləri nəzərə alınmaqla ölkəmizdə tətbiqi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrasında önəmli rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.