İDMAN


“Australian Open-2019”un ilk yarımfinalçısı: yunan Stefanos Tsıtsipas

Bakı, 22 yanvar, Nicat Məmmədov, AZƏRTAC

“Australian Open-2019” tennis turnirinin ilk dörddəbir final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin son qalibi Rojer Federeri səkkizdəbir finalda məğlub edən yunanıstanlı Stefanos Tsıtsipas növbəti mərhələdə ispaniyalı Roberto Bautista-Agut ilə qarşılaşıb. Üç saatdan çox davam edən görüş yunan tennisçinin qələbəsi ilə başa çatıb (7:5, 4:6, 6:4, 7:6).

Stefanos Tsıtsipas karyerası ərzində ilk dəfədir “Böyük dəbilqə” seriya turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanır. O, növbəti mərhələdə amerikalı Frenses Tiafo və ispaniyalı Rafael Nadal arasındakı oyunun qalibi ilə qarşılaşacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da başlayacaq.

Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu ildəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.