CƏMİYYƏT
“Autizm spektr pozuntularında koqnitiv və həssas proseslər” mövzusunda konfrans keçirilib
Bakı, 27 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Autizm spektr pozuntularında koqnitiv və həssas proseslər“ mövzusunda onlayn konfrans keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edən konfrans autizm pozuntusu olan uşaqları və əlilliyi erkən aşkarlamaq, ilkin səhiyyə xidmətlərini yaxşılaşdırmaq, ölkənin şəhər və rayonlarının müəssisələrində çalışan tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsini yüksəltmək, nəzəri və praktiki bacaraqlarını təkmilləşdirmək məqsədi daşıyıb.
Təlimlər Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən aparılıb. Məruzələrdə autizm spektr pozğunluğu anlayışı, klinik göstəriciləri, genetik və çevrə amilləri barədə geniş məlumat verilib, erkən diaqnostikanın vacib rolu qeyd olunub.
Konfrans iştirakçıların sualları cavablandırılıb, səmərəli fikir mübadiləsi aparılıb.