CƏMİYYƏT


Avqustun 1-də Azərbaycanda 68 min 416 vətəndaşa COVID-19 əleyhinə peyvənd vurulub

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də Azərbaycanda 68 min 416 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 min 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 min 70 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 40 min 778, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 923 min 477, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 117 min 301 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.