DÜNYA


Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Bakı, 20 mart, AZƏRTAC

Martın 20-də Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı (Aİ) da İrana qarşı yeni sanksiyalar tətbiq edib.

AZƏRTAC Aİ-nin yaydığı bəyanata istinadla xəbər verir ki, sanksiya İranın 8 fiziki şəxsinə, hakimlər və parlament üzvlərinə qarşı tətbiq edilib.

Bəyanatda deyilir ki, İranda keçirilən kütləvi aksiya iştirakçılarının ölüm hökmünə məhkum edilməsi insan hüquqlarını kobudcasına pozmaqdır. Hakimlərə və parlament üzvlərinə qarşı sanksiyalar məhz etirazçılara ölüm hökmlərinin çıxarılmasına görə tətbiq edilib.

Aİ İranın 204 fiziki və hüquqi şəxsinə, eləcədə 34 təşkilatına sanksiyalar tətbiq edib. Bu şəxslərin və təşkilatların Aİ-yə daxil olan dövlətlərin banklarındakı maliyyə aktivləri dondurulacaq, onlar İttifaqın üzvü olan dövlətlərin ərazisinə buraxılmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.