Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı qərarı Azərbaycan diplomatiyasının mühüm nailiyyətidir

Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı qərarı Azərbaycan diplomatiyasının mühüm nailiyyətidir

Bakı, 16 may, AZƏRTAC

Mayın 11-də Avropa İttifaqı Şurası 2020-ci ildən sonra “Şərq Tərəfdaşlığı” siyasəti ilə bağlı Avropa İttifaqı və Şərq Tərəfdaşlığı çərçivəsində ölkələr arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, alternativ enerji, təhlükəsizlik, beynəlxalq münasibətlər sistemi, eyni zamanda, iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bir çox sahələrdə qarşılıqlı əlaqələri özündə birləşdirən, həmçinin ölkələrin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün təmin olunmasını xarakterizə edən yekun qərarını yayıb. Bu sənəddə Azərbaycan üçün xarici siyasətdə uğurlu çalarlar təşkil edən ən mühüm amillərdən biri də, əlbəttə ki, ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərinin Avropa İttifaqı tərəfindən rəsmən təsdiq olunması və ölkələrin ərazisinin, sərhədlərinin toxunulmazlığı ilə bağlı müddəaların yer almasıdır. Sənəddəki bu müddəalar, həmçinin münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara dəstək ifadə olunmasının göstəricisidir və bizim üçün çox əhəmiyyətlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən bildirib.

Deputat deyib ki, Helsinki Yekun Aktı Bəyannaməsindəki ərazi bütövlüyü məsələsi, eyni zamanda, insanların hüquq və azadlıqlarının müdafiə olunması və qarşılıqlı ünsiyyətə əsaslanan münasibətlərin genişləndirilməsi ilə bağlı müddəada əksini tapan məsələlər Azərbaycan ilə Avropa İttifaqı arasında Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, yeni səhifələr açmağa kömək edən amillərdən biridir. Sənədin 2-ci bəndində Şura tərəfindən, eyni zamanda, COVID-19 pandemiyasının səbəb olduğu hazırkı vəziyyətdə beynəlxalq tərəfdaşlarla həmrəylik və əməkdaşlığın əhəmiyyəti vurğulanır. Təbii ki, biz bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən tədbirləri xüsusi qeyd etməliyik. Göründüyü kimi, Ümumdünya Səhiyyə Təşkilat, Avropa Yenidənqurma və İnkişaf Bankı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Birləşmiş Millətlər Təşkilatı və onun Baş Assambleyası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı kimi dünyanın öndə gələn nüfuzlu beynəlxalq təşkilatları ilə birgə təşkil olunan beynəlxalq tədbirlər həm bu təşkilatların rəhbərləri tərəfindən təqdir olunur, həm də dünya ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə dəyərləndirilir.

Əlbəttə ki, Avropa İttifaqının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda martın 31-də keçirilən qondarma “seçkilər”lə bağlı yaydığı bəyanat və daha sonra mayın 11-də yaydığı bu rəsmi sənəddə ölkələrin ərazi bütövlüyünün təsdiqi Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələdə, yeni müstəvidə qarşılıqlı anlaşmaya, hörmətə və eyni zamanda, Azərbaycanın xarici siyasətində yürütdüyü taktiki gedişlərə müsbət reaksiya verilməsinin bariz nümunəsi kimi qəbul edilə bilər.

Ümumiyyətlə, Avropa İttifaqı uzun illərdir fəaliyyət göstərən, dünyanın ən önəmli bir bloku, ölkələri birləşdirən bir təşkilat olaraq Şərq Tərəfdaşlığı proqramını tətbiq etməklə yeni bir səhifə açıb. Şərq Tərəfdaşlığına üzv ölkələrlə Avropa İttifaqının, eyni zamanda, ikitərəfli əməkdaşlığı da mövcuddur. Azərbaycan xarici siyasətində əsas elementlərdən biri hesab edilən Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlığa üstünlük verir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu məqam sənədin 3-cü bəndində yer alıb. Burada Şura “əhatəlilik” (inclusiveness) və “fərqləndirmə” (differentiation) prinsiplərinə uyğun olaraq İttifaqla Şərq Tərəfdaşlığı ölkələri arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsini alqışlayır.

Qərarın 12-ci maddəsində nəqliyyat, enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq məsələsinə xüsusi diqqət yetirilib. Məlumdur ki, Azərbaycan bu gün Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu gün Avropa İttifaqının enerji təminatı, eyni zamanda, enerji resursları ilə bağlı həyata keçirdiyi irimiqyaslı Qərb-Şərq və Asiya-Avropa əməkdaşlığı çərçivəsində Azərbaycan həm xüsusi körpü rolunu, həm də etibarlı tərəfdaş rolunu oynamaqdadır. Bu baxımdan, maddədə qeyd olunanların bilavasitə Azərbaycana aidiyyəti var. Sənəddə qeyd olunan amillər Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyi mənasına gəlir. Ona görə də enerji siyasətinin həyata keçirilməsi beynəlxalq münasibətlər sistemində beynəlxalq təhlükəsizliyin əsas amillərindən biri hesab olunur.

Beynəlxalq təhlükəsizliyin əsas amillərindən biri kimi, əlbəttə ki, bu sahədə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı xüsusi müstəvidə, başqa ölkələrdən fərqli, daha geniş sahələri əhatə edən, amma, eyni zamanda, unikal, özünəməxsus bir əməkdaşlıq prinsiplərini meydana çıxarır. Buna görə də sənədin 5-ci maddəsində Şura yeni çərçivə sazişi üçün Avropa İttifaqı ilə Azərbaycan arasında davam edən danışıqların gedişini alqışlayır. Bu baxımdan Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan hücum diplomatiyasına üstünlük verməlidir. Azərbaycan öz haqq səsini bütün dünyada açıq və aydın şəkildə ifadə etməlidir. “Azərbaycanın beynəlxalq platformalardan öz haqq səsini dünyaya çatdırması, beynəlxalq təhlükəsizliklə bağlı addımlar atması, ümumiyyətlə, qlobal səviyyədə ölkəmizin mövqeyinin ortada qoyulması üçün hücum diplomatiyası mühüm əhəmiyyət kəsb edir” tezisi dövlətimizin xarici siyasətində ana xətt hesab edilməlidir. Cənab Prezidentin bu istiqamətdə verdiyi bütün tapşırıqlar bu gün öz uğurlu bəhrəsini verməkdədir. Bu baxımdan, Avropa İttifaqının qəbul etdiyi qərarlar və bu çərçivədə Azərbaycanın ərazi bütövlüyünün təsbit olunması ölkəmizin xarici siyasət fəaliyyətindəki uğurlara yeni çalarlar qatdı. Bu, çox mühüm məsələdir. Bu, gələcəkdə beynəlxalq münasibətlər müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Ümumiyyətlə, cənab Prezidentin xüsusilə vurğuladığı hücum diplomatiyası ən effektiv diplomatiyadır. Çünki hücum diplomatiyası ölkənin haqlı mövqeyinin qabarıq şəkildə ön plana çıxmasına şərait yaradır. Bu baxımdan, Avropa qonşuluq siyasəti çərçivəsində, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan- Avropa əlaqələrinə bu prizmadan yanaşılması da bizim haqq səsimizin daha geniş miqyasda eşidilməsinə və daha geniş platformalarda bizimlə qarşılıqlı hörmətə və ünsiyyətə əsaslanan münasibətlərin daha da inkişafına böyük təkan verib və verməkdə də davam edəcək.

Azərbaycan Prezidentinin bir çox platformalarda, “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında, Davos Forumunda, Münxen Təhlükəsizlik Konfransında və bir çox beynəlxalq konfranslardakı qətiyyətli çıxışları, bilavasitə hücum xarakterli diplomatiyanı ön plana çıxarması və haqlı mövqeyimizi konkret faktlarla, unikal liderlik qabiliyyəti ilə dünya ictimaiyyətinin diqqətinə çatdırması hər birimiz üçün, xüsusən də xarici siyasətlə məşğul olanlar üçün mükəmməl bir örnək olmalıdır. Biz bu hücum diplomatiyasına hər zaman diqqət etməliyik. Əlbəttə, Azərbaycan parlamentinin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətində bu məsələ öz əksini ən yüksək səviyyədə tapmalıdır. Eyni zamanda, Azərbaycan parlamenti-Avropa İttifaqı əməkdaşlığında, eyni zamanda, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, ümumiyyətlə, Avropa institutları ilə birgə əməkdaşlıqda yuxarıda qeyd edilən istiqamətlər ana xətt olaraq qəbul edilməli və cənab Prezidentin düşünülmüş, konkret hədəflərə yönəlmiş uğurlu siyasətinin parlament diplomatiyası səviyyəsində həyata keçirilməsində hər zaman uğurlu addımlar atılmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib