DÜNYA
Avropa İttifaqı və Qərbi Balkan ölkələrinin liderləri Brüsseldə görüşəcəklər
Podqoritsa, 19 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Qərbi Balkan ölkələrinin liderləri iyunun 23-də Brüsseldə görüşəcəklər.
AZƏRTAC xəbər verir ki, Avropa Şurasının məlumatına görə, Qərbi Balkan regionundakı 6 ölkənin lideri iyunun 23-24-də keçiriləcək Aİ Liderlərinin Zirvə Toplantısına dəvət edilib. Bildirilib ki, sammitdən əvvəl Monteneqro, Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya və Serbiya dövlət başçıları ilə Aİ liderlərinin görüşü keçiriləcək.
Xatırladaq ki, 2021-ci il oktyabrın 6-da keçirilən Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammitində Aİ növbəti 7 il ərzində region üçün 30 milyard avroluq iqtisadi və investisiya planı qəbul etmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa