DÜNYA


Avropa Komissiyası Rusiya neftinə qiymət məhdudiyyəti qoymağı təklif edib

Bakı, 28 sentyabr, AZƏRTAC

Avropa Komissiyası RF-ə qarşı yeni sanksiyalar paketi çərçivəsində Rusiya neftinə qiymət tavanı tətbiq olunmasını təklif edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə keçirilən mətbuat konfransında məlumat verib.

“Biz bu paketdə neft qiymətini məhdudlaşdırmaq üçün hüquqi əsas təqdim edirik. İnkişaf etməkdə olan bəzi ölkələr hələ də Rusiya neftinin aşağı qiymətlərlə tədarükünə ehtiyac duyur. Bu məhdudiyyət Rusiyanın gəlirlərini azaltmağa kömək edəcək və dünya energetika bazarlarının sabitliyini qoruyacaq, - deyə o bildirib.

KİV-də yayılan məlumata görə, Avropa Komissiyası, həmçinin 7 milyard avro dəyərində Rusiya mallarının idxalını qadağan etməyi, RF-ə ixracı qadağan olunan malların siyahısını genişləndirməyi, Avropa İttifaqı vətəndaşlarının Rusiyada dövlət kompaniyalarının idarəetmə orqanlarında iştirakının qadağan olunmasını təklif edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.