DÜNYA


Avropa Komissiyası ictimai yerlərin terror aktlarından qorunmasına 120 milyon avro ayıracaq

Bakı, 18 oktyabr, AZƏRTAC

Avropa Komissiyası ictimai yerlərin terror hücumlarından qorunması üçün 2017 və 2018-ci illərdə təxminən 120 milyon avro ayırmağı planlaşdırır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik ittifaqı üzrə komissarı Culian Kinq oktyabrın 18-də keçirilən brifinqdə bildirib. O, ictimai yerlərdə insanlara hücum faktlarının artdığını qeyd edərək Nitsa, Barselona, Berlin və London hadisələrini xatırladıb.

“Düşünürəm ki, vaxtımızı keçirmək üçün toplaşdığımız ictimai yerlərin açıq məkan kimi mahiyyətini tam dəyişmədən onları daha təhlükəsiz edə bilərik. Biz bunu etmək üçün Aİ ölkələri, regional və yerli hökumətlərlə işləmək istəyirik”, - deyə Kinq vurğulayıb.

Onun sözlərinə görə, Avropa Komissiyası “ictimai yerlərin qorunması məqsədilə Aİ ölkələri, lokal və bələdiyyə hökumətləri ilə işləmək üçün layihələrin maliyyələşməsinə” bu il 18,5 milyon avro, gələn il isə daha 100 milyon avro ayıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.