DÜNYA
Avropa Komissiyasının Rusiya qazına qadağa qoymaq planı yoxdur
Bakı, 25 noyabr, AZƏRTAC
Brüsselin Rusiya qazının idxalına qadağa qoymaq planı olmayıb və bunu planlaşdırmır.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer deyib.
"Biz heç vaxt Rusiya qazına qadağa qoyulmasını nəzərdə tutmamışıq. Biz Avropa İttifaqına boru kəmərləri ilə nəql olunan neftlə bağlı tədbirlər görmüşük, bir sıra çox məhdud istisnalar var. Amma biz heç vaxt deməmişik ki, Rusiya qazının idxalına qadağa qoyulması üzərində işləyirik. Bu vəziyyət dəyişməyib”, - deyə Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə Avropa İttifaqında Rusiya qazının tamamilə qadağan edilməsinə dair mümkün planlar barədə suala cavabında bildirib.
Rusiya neftinin qiymətlərinə məhdudiyyət tətbiq edilməsi təklifinə dair sula isə onun cavabı belə olub : “Müzakirə gedir, müzakirələr bu gün Avropa İttifaqındakı səfirlər (Aİ ölkələrinin daimi nümayəndələri) səviyyəsində davam etdiriləcək”.