DÜNYA
Avropa Yenidənqurma və İnkişaf Bankı Gürcüstana sərmayə qoyuluşunu artırmaq niyyətindədir
Tbilisi, 6 fevral, AZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gürcüstana sərmayə qoyuluşunu gələcəkdə artırmaq niyyətindədir.
Gürcüstan Hökumət dəftərxanasından AZƏRTAC-a bildirilib ki, bu fikirlər bankın Şərqi Avropa və Qafqaz üzrə yeni meneceri Matteo Patronun Gürcüstan Baş naziri Mamuka Baxtadze ilə görüşündə səsləndirilib.
Görüşdə EBRD-nin Gürcüstan iqtisadiyyatına, eləcə də beynəlxalq əhəmiyyətli nəqliyyat və enerji layihələrinə ayırdığı sərmayələr diqqət mərkəzində olub. Bildirilib ki, bu layihələrin icrası təkcə Gürcüstanın deyil, regionun inkişafında, Avropa ilə Asiya arasında yük, sərnişin və enerji daşıyıcılarının həcminin artmasında mühüm rol oynayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]